LMShop.az - Qışda dizel problemlərinin həlli - Multifunksional Dizel Qatqısı
Qışda dizel problemlərinin həlli - Multifunksional Dizel Qatqısı

Havalar soyuduqca dizel yanacağının keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşə bilər. Aşağı keyfiyyətli dizel bir neçə problemə səbəb olur. Məsələn, aşağı setan ədədi və zəif yağlama xüsusiyyətinə malik yanacaq mühərrikin gücünü və resursunu azaldır, dizel sistemi aqreqatlarını aşınma və paslanmadan qoruya bilmir. Soyuq havalarda isə daha bir problemlə də üzləşirik – dizel yanacağının tərkibindəki parafinin kristallaşması səbəbindən yanacağın axıcılıq xüsusiyyətləri azalır, yanacaq filtri tıxanır və filtrasiya qabiliyyəti azalır.

LIQUI MOLY Multifunksional Dizel Qatqısı bu problemlərin həlli üçün nəzərdə tutlmuş yüksək keyfiyyətli yanacaq qatqısıdır. Bu qatqı yanacaq sistemini təmizləyir, setan ədədini artırır, dizel yanacağının yağlama qabiliyyətini yaxşılaşdırır, tərkibindəki antiqel sayəsində dizel yanacağını -31°C-ə qədər aşağı temperaturda belə maye vəziyyətində saxlamaqla soyuq havada yanacağın axıcılıq və filtrdən süzülmə xüsusiyyətlərini artırır. Eyni zamanda yanacaq sistemində və çəndə yığılan suyu deemulqasiya etməklə bütün aqreqatları sudan (korroziyadan) qoruyur, yanacağın yanmasını yaxşılaşdırır, bununlada mühərrikin gücünü artırır və yanacaq sərfiyyatını effektiv şəkildə azaldır.

İstifadə qaydası: Hər 15 litr dizel yanacağına 1 qapaq (25 ml) hesabı ilə yanacaq çəninə əlavə olunur. Beləliklə, flakondakı 1 litr vasitə 600 litr dizel yanacağı üçün bəs edir. Minik və yük avtomobilləri, həmçinin traktor, ağır teknika və stasionar avadanlıqlardakı bütün növ dizel mühərriklərində istifadə oluna bilər. Mühərriklərin uzunmüddətli konservasiyası üçün də effektiv vasitədir.

Qiyməti: 1 litr flakon – 59.00 AZN.

Soyuq hava və aşağı keyfiyyətli yanacaq mühərrikinizin performansına təsir etməsin - LIQUI MOLY Multifunksional Dizel Qatqısını bu gün sınayın və fərqi hiss edin!

 

Dünyanın  nəhəng avtokonsernlərinin etibarlı partnyoru və ən innovativ istehsalçılardan biri kimi tanınan LIQUI MOLY rəsmi olaraq 2011-ci ildən bəri ardıcıl 13 ildirki Almaniyanın 1 nömrəli mühərrik yağı brendidir. Bütün LIQUI MOLY məhsulları yalnız Almaniyada istehsal olunur.