Fransız avtomobil sənayesi uzun illərdir ki mühəndislik unikallığı, rahatlıq və yanacaq iqənaətcilliyi ilə tanınır. Peugeot, Citroën, Renault, Dacia, DS Automobiles kimi markalar cəsarətli mühəndislik həlləri, müasir dizel texnologiyaları (məsələn, BlueHDi, dCi) və 2000-ci illərin əvvəllərindən etibarən dizel qurum filtrlərinin (DPF) geniş tətbiqi ilə fərqlənirlər. Euro 4–Euro 6d ekoloji standartlarına uyğunluq məqsədi ilə bu istehsalçılar aşağı kül tərkibli, fosfor və kükürd miqdarı az olan (Low SAPS), aşınma və temperatur davamlılığı olan mühərrik yağlarının istifadəsini tələb etməyə başladılar.
2005-ci ildən sonra istehsal edilən fransız avtomobillərinin əksəriyyəti yağ növü üçün sərt tələblər qoyur. Yəni API və ya ACEA standartlarına uyğun adi yağlar çox vaxt uyğun gəlmir – yağ seçimi istehsalçıların spesifik tələbləri ilə müəyyən edilir: PSA B71 2290, PSA B71 2312, Renault RN0720, RN0700, RN0710 və yeni universal RN17.
Bu mühərriklər üçün adətən 5W-30 və ya 0W-30 özlülüklü sintetik yağlar tələb olunur ki, bu da çıxış qazlarının neytrallaşdırılması sistemlərinə uyğun və uzun dəyişmə intervallarına tab gətirə bilən yağlar olmalıdır. Bu yağlar yalnız ACEA C2, C3 və ya C4 standartlarına cavab verməli deyil, həm də istehsalçıların aşınma, mühərrik təmizliyi, istilik davamlılığı və katalizator uyğunluğu testlərini keçməlidir.
Məhz buna görə Almaniyanın premium yağ brendi olan LIQUI MOLY bu tələblərə cavab verən Top Tec seriyasını yaradıb. Bu seriyanın əsas üstünlüyü istehsalçı tələblərinə tam uyğun olmasıdır. Hər bir Top Tec məhsulu konkret təsdiqlərə/spesifikasiyalara uyğun hazırlanmış xüsusi formulalara malikdir.
LIQUI MOLY Top Tec seriyasının yağları aşağıdakı üstünlüklərlə fərqlənir:
- Yüksək texnoloji baza yağları;
- Aşağı kül tərkibi (Mid SAPS və ya Low SAPS);
- DPF və katalitik neytrallaşdırıcılara uyğunluq;
- Mühərrikin aşınmaya və çirklənməyə qarşı qorunması
Fransız avtomobil sahibləri üçün LIQUI MOLY aşağıdakı xüsusi yağları təklif edir:
✅ Top Tec 4300 – DPF-li dizel mühərriklər üçün, PSA B71 2290 və RN17 sertifikatlı.
✅ Top Tec 4310 – Yeni nəsil Peugeot/Citroën mühərrikləri üçün, PSA B71 2312 uyğunluğu.
✅ Top Tec 4400 – Renault RN0700, RN0710 tələblərinə cavab verir.
✅ Top Tec 4410 – Yeni universal RN17 standartına uyğundur.
Əgər sizin də Fransız avtomobiliniz varsa, universal yağlarla risk etməyin. İstehsalçının tövsiyəsinə uyğun olaraq LIQUI MOLY Top Tec 4300, 4310, 4400 və ya 4410 yağlarından birini seçin – bu zaman mühərrikin maksimal qorunması, yüksək perfotmansı və uzunömürlülüyü təmin olunacaq, əlavə təmir xərcləri ilə qarşılaşmayacaqsınız.