Kanistrlərdə QR kodlar

16 noyabr 2023

Məhsullarımızın kanistrlərinin üzərində QR kodların qeyd olunmasının iki yeni, vacib özəlliyi var.  

Keyfiyyət və izlənəbilmə

Kanistrlərin üzərində QR kodların tətbiqində əsas məqsədlərdən biri keyfiyyət və təhlükəsizliyi təmin etməkdir. Hər bir LIQUI MOLY məhsulunun unikal partiya nömrəsi var, və bu nömrə də müdaxilə olunub dəyişilə bilməyən QR kod vasitəsilə xüsusi bazada saxlanılır. Bu da hər bir məhsulun mənşəyini və istehsal tarixini izləmək imkanı yaradır.

Məhsul haqqında məlumatın əldə olunması

Bu QR kod vasitəsilə bizim websaytda birbaşa olaraq həmin məhsulun səhifəsinə keçid edib, məhsul haqqında asanlıqla tam məlumat əldə etmək olar. Burda həmçinin məhsulun istifadə qaydası, texniki göstəricilər cədvəli və s. kimi məlumatları əldə edə bilərsiniz.

Məhsul qapaqlarında QR kodların qeyd olunması dekabr ayından başlayacaq.