Top Tec 4100 5W-40
27.00,35.00,127.00,157.00 AZN
Mercedes-Benz, BMW, Ford (nasos-forsunkalı dizellər), Honda, Fiat avtomobillərinin benzin və dizel mühərrikəri, həmçinin bütün orijinal mühərrikli Porsche avtomobilləri üçün tövsiyyə olunan HC-sintetik (Mid SAPS) mühərrik yağı. Xaric qazların ikili neytallaşdırılması sistemi (o cümlədən Dizel Qurum Filtri-DPF) ilə təchiz olunmuş minik avtomobillərinin benzin və dizel mühərrikləri üçün nəzərdə tutlmuş bu yağ EURO 4 və daha yüksək ekoloji normaların tələblərinə cavab verir. CNG (Sıxılmış təbii qaz) və LPG (Maye qaz) ilə işləyən mühərrikər üçün də əla seçimdir.
Xüsusiyyətləri:
Liqui Moly Top Tec mühərrik yağlarında müasir sintez texnologiyaları ilə istehsal olunmuş və yüksək qoruyucu xüsusiyyətlərə malik baza yağlarından istifadə olunur. Bu yağların tərkibində aşağı miqdarda kükürd, fosfor və xlordan istifadə olunmaqla hazırlanmış qatqı paketi vardır. Bu səbəbdən Liqui Moly Top Tec nəslinə aid olan yağlar müasir mühərriklərdə istifadə olunan xaric qazların neytallaşdırma sistemlərinin (katalizator, Dizel Qurum Filtri - DPF) spesifikasiyalarına cavab verir və ətraf mühitə atılan zərərli maddələrin miqdarını azaldır.
-
Aşağı temperaturlarda yağ sistemi kanalları ilə mühərrikin bütün hissələrinə qısa müddətdə çatmaqla optimal yağlama və qoruma göstəriciləri.
-
Yağ sisteminin təmizliyini təmin edir.
-
Son nəsil xaric qazların neytallaşdırma sistemlərinin tələblərinə cavab verir.
-
Zərərli tullantıların miqdarını azaldır.
Liqui Moly Top Tec 4100 yağından istifadə mühərrikin etibarlı istismarını və müasir mühərriklərdə istifadə olunan, bahalı detallardan biri olan xaric qazların katalitik neytarallaşdırıcısının və Dizel Qurum Filtirinin (DPF) istismar müddətinin uzadılmasını təmin edir. Avtomobil istehsalçılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir.
Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur. (Yağ sisteminin yuyucu vasitələri)
Uyğunluq və tövsiyyələr:
ACEA C3
API SN
BMW Longlife-04 (2018-ci ilə qədər)
Fiat 9.55535-H2
Fiat 9.55535-M2
Fiat 9.55535-S2
Ford WSS-M2C 917-A
GM dexos2
MB-Approval 229.31
Porsche A40
Renault RN 0700
Renault RN 0710
VW 505 00
VW 505 01
Yağ tipi: Sintetik
Özlülük: 5W-40
Motor tipi: 4 taktlı