Top Tec 4600 5W-30
37.00,139.00,170.00 AZN
General Motors konserninin Dexos2 standartı üçün təqdim etdiyi lisenziyaya malik HC-sintetik, aşağı SKFK (low SAPS)* göstəricili müasir mühərrik yağı. Həmçinin Ford, VW, BMW, Mercedes-Benz avtomobillərinin EURO 4/5/6 nəsil benzin və dizel mühərrikləri üçün təyin olunmuş spesifikasiyaların tələblərinə cavab verir. Dizel Qurum Filtrini (DPF) qoruyur və onun uzunmüddətli istismarını təmin edir. Təbii və sıxılmış maye qazla işləyən mühərriklər üçün də əla seçimdir. Yüksək keyfiyyətli baza yağları və son nəsil qatqı texnologiyaları ilə hazırlanmış bu yağ mühərriki yüksək səviyyədə qorumaqla yanaşı, həm də aşağı yanacaq və yağ sərfiyyatının təmin edir. Mühərrik istehsalçılarının tələblərindən asılı olaraq 40 000 km-ə qədər yürüşlə yağdəyişmə intervallarına imkan verir. 2015-ci ildə EURO 5/6 mühərrikləri üçün Mercedes-Benz 229.52 tələbinə uyğunluq təsdiqini alıb.
SKFK (SAPS)* - Sulfatlı Kül, Fosfor, Kükürd (Sulphated Ash, Phosphorus, Sulphur)
Xüsusiyyətləri:
Liqui Moly Top Tec mühərrik yağlarında müasir sintez texnologiyaları ilə istehsal olunmuş və yüksək qoruyucu xüsusiyyətlərə malik baza yağlarından istifadə olunur. Bu yağların tərkibində aşağı miqdarda kükürd, fosfor və xlordan istifadə olunmaqla hazırlanmış qatqı paketi vardır. Bu səbəbdən Liqui Moly Top Tec nəslinə aid olan yağlar müasir mühərriklərdə istifadə olunan xaric qazların neytallaşdırma sistemlərinin (katalizator, Dizel Qurum Filtri - DPF) spesifikasiyalarına cavab verir və ətraf mühitə atılan zərərli maddələrin miqdarını azaldır.
- - Aşağı temperaturlarda yağ sistemi kanalları ilə mühərrikin bütün hissələrinə qısa müddətdə çatmaqla optimal yağlama və qoruma göstəriciləri
- - Mühərrik hissələrini aşınmadan qoruyur
- - Yağ sisteminin təmizliyini təmin edir
- - Son nəsil xaric qazların neytallaşdırma sistemlərinin tələblərinə cavab verir.
- - Zərərli tullantıların miqdarını azaldır
Liqui Moly Top Tec 4600 yağından istifadə mühərrikin etibarlı istismarını və müasir mühərriklərdə istifadə olunan, bahalı detallardan biri olan xaric qazların katalitik neytarallaşdırıcısının və Dizel Qurum Filtirinin (DPF) istismar müddətinin uzadılmasını təmin edir. Avtomobil istehsalçılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir.
Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur (Yağ sisteminin yuyucu vasitələri)
Uyğunluq və tövsiyyələr:
ACEA C2
ACEA C3
API SN
BMW Longlife-04
Fiat 9.55535-S3
Ford WSS-M2C 917-A
GM dexos2™
MB 229.31
MB 229.51
MB 229.52
Opel GM-LL-A-025
Opel GM-LL-B-025
VW 505 00
VW 505 01
Yağ tipi: Sintetik
Özlülük: 5W-30
Motor tipi: 4 taktlı