Special Tec F 5W-30
35.00,155.00 AZN
Ford mühərriklərinin geniş çeşidi üçün tövsiyyə olunan HC-sintez texnologiyası əsasında hazırlanmış aşağı özlülüklü mühərrik yağı. Ford mühərrikləri üçün 2009-cu ildən təyin olunmuş ən son WSS-M2C 913-D spesifikasiyasının tələblərinə cavab verir.
Bununla belə daha köhnə (1998-ci ildən başlayaraq) Ford mühərriklərində də istifadə oluna bilər. Bu spesifikasiyalı yağlar Land Rover, Rover/MG, Jaguar, Mazda və Citroën avtomobillərinin bəzi mühərrikləri üçün də tələb olunduğundan, həmin avtomobillər üçün də tövsiyyə olunur.
Special Tec F 5W-30 yağı müasir benzin və dizel mühərrikləri, həmçinin çoxklapanlı, qazpaylama fazaları tənzimlənən, turbinli, daxil olan havanın soyutma sistemi (LLK) və dizel qurum filtri (DPF) ilə təchiz olunmuş mühərriklər üçün optimal seçimdir. HC-sintetik baza yağları və ən müasir qatqı paketi kombinasiyası sayəsində bu yağ mühərrik detallarının aşınmadan qorunmasını, aşağı yanacaq sərfiyyatını və yağın mühərrikin bütün hissələrinə sürətli çatmasını təmin edir. Xüsusilə uzun yağdəyişmə intervalları üçün tövsiyyə olunur.
Xüsusiyyətləri:
- - Yüksək yanacağa qənaət göstəricisi
- - Yağ sistemi kanalları ilə mühərrikin bütün hissələrinə qısa müddətdə çatmaqla sürətli yağlanmanı təmin edir
- - Əla yağlama xüsusiyyətləri
- - Köhnəlmə və oksidləşməyə qarşı stabillik
- - Mühərrikin yağ sisteminin optimal təmizliyi
- - Katalizatorlu avtomobillərdə istifadə oluna bilər
Special Tec F yağı Ford və bəzi digər avtomobil istehsalçılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə həmin avtomobillərin zavod zəmanət şərtlərini qorumağa imkan verir.
Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.
Uyğunluq və tövsiyyələr:
ACEA A5
ACEA B5
API SL
Jaguar/Land Rover STJLR.03.5003
Fiat 9.55535-G1
Ford WSS-M2C 913-A
Ford WSS-M2C 913-B
Ford WSS-M2C 913-C
Ford WSS-M2C 913-D
IVECO 18-1811 S1
Yağ tipi: Sintetik
Özlülük: 5W-30
Motor tipi: 4 taktlı