Synthoil High Tech 5W-40
                        
                            41.00,149.00,175.00 AZN
                        
                        
                        
                        
                        
                         
                        
                        
                            
API və ACEA beynəlxalq klassifikasiyalı yağların istifadəsi tövsiyyə olunan əksər avtomobillərin benzin və dizel mühərrikləri üçün Polialfaolefin (PAO) əsaslı 100% sintetik universal mühərrik yağı. Öz optimal özlülüyü sayəsində bu yağ çoxklapanlı gücləndirilmiş mühərrikləri etibarlı qoruya bilir. 
Müasir tam sintetik (PAO) baza yağları və qatqı istehsalı sahəsində ən son texnologiyalardan istifadə olunması mühərrikin aşağı temperaturlarında yağın aşağı özlülüyünü və etibarlı yağ qatının yaranmasını təmin edir. Synthoil seriyasından olan yağlar mühərrikdə çirk və çöküntülərin yaranmasının qarşısını alır, sürtünməni azaldır və aşınmadan etibarlı qorumanı təmin edir.
 
Xüsusiyyətləri:
	- Aşağı temperaturlarda mühərrik detallarının sürətli yağlanması
 
	- Yüksək yağlama göstəriciləri, stabil yağ təzyiqi
 
	- Oksidləşmə və köhnəlməyə qarşı əla müqavimət
 
	- Mühərrikin optimal təmizliyi
 
	- Katalizatorlu və turbinli mühərriklərdə istifadəyə uyğunluq
 
	- Yuxarı temperaturlarda yüksək stabillik
 
	- Çox aşağı yağ sərfiyyatı   
 
Synthoil High Tech 5W-40 yağı əsl 100% PAO-sintetik yağ olduğundan, hətta çox aşağı və yuxarı temperaturlarda, keyfiyyətsiz yanacaqla və uzunmüddətli yağdəyişmə intervallarında bu yağdan istifadə onun qoruyucu və yağlayıcı xüsusiyyətlərinin stabilliyinə zəmanət verir. 
Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.
                             Uyğunluq və tövsiyyələr:
                                        ACEA A3                                        
ACEA B4                                        
API SM                                        
MW Longlife-98                                        
MB 229.3                                        
Porsche A40                                        
W 502 00                                        
VW 505 00                                                            
Yağ tipi: Sintetik                             
Özlülük: 5W-40                            
Motor tipi: 4 taktlı