LMShop.az - Synthoil Race Tech GT1 10W-60

Synthoil Race Tech GT1 10W-60

40.00,142.00,171.00 AZN

İdman avtomobillərinin benzin və dizel mühərriklərində fəsildən asılı olmayaraq istifadə üçün polialfaolefin (PAO) əsaslı, 100% sintetik mühərrik yağı. PAO-sintetika və aşağı özlülük sayəsində bu yağ ekstremal şəraitdə işləyən idman tipli mühərriklərdə tələb olunan yağlamanı və mühərrik detallarının qorunmasını təmin edir. 

Baza yağında istifadə olunan yeni nəsil tam sintetik komponentlər və qatqıların hazırlanması sahəsindəki xüsusi texnologiyalar mühərrik detallarının səthində çox davamlı yağlayıcı qat yaratmağa imkan verir. Bu nazik yağlayıcı qat ağır şəraitdə, yuxarı dövrlərdə və yuxarı temperaturlarda istismar zamanı mühərrikin bütün detallarının əla qorunmasını təmin edir.



Xüsusiyyətləri:
  • - Mühərrikin yuxarı temperaturlarında yüksək stabillik 
  • - Çox aşağı yağ buxarlanması göstəriciləri
  • - Yüksək qoruyucu xüsusiyyətlər
  • - İdeal yağ təzyiqi və sürtünmədən əla qoruma
  • - Temperatur nəticəsində yaranan oksidləşmə və köhnəlməyə qarşı müqavimət
  • - Mühərrikin yağ sisteminin təmizliyini təmin edir
  • - Katalizatorlu və turbinli mühərriklərdə istifadə oluna bilər
  • - Hətta avtomobil yarışları zamanı ekstremal şəraitdə mühərrik detallarının etibarlı yağlanması
  • - İdman avtomobillərinin xüsusi hazırlanmış mühərrikləri üçün yüksək keyfiyyətli yağ

Anoloji spesifikasiyalı yağlarla qarışdırmaq olar. Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.



Uyğunluq və tövsiyyələr:
ACEA A3
ACEA B4
API SL
Fiat 9.55535-H3

Yağ tipi: Sintetik
Özlülük: 10W-60
Motor tipi: 4 taktlı