Leichtlauf High Tech 5W-40
35.00,132.00,166.00 AZN
Hidrokrekinq texnologiyası (HC-sintez) ilə hazırlanan, benzin və dizel mühərriklər üçün universal, sintetik mühərrik yağı. API və ACEA kimi beynəlxalq standartların tələblərinə cavab verir, həmçinin BMW, Mercedes-Benz və Volkswagen Group kimi avtomobil istehsalçılarının öz mühərrikləri üçün təyin etdikləri orijinal yağ spesifikasiyalarına malikdir. Bu yağın oksidləşmə və yanmaya qarşı yüksək stabilliyi onu hətta çox yüklənmiş, turbinli / interkulerli mühərriklərdə və uzun yağdəyişmə intervalları ilə istifadə etməyə imkan verir. Avtomobil istehsalçısının təlimatından asılı olaraq bu yağın hətta 40 000 km-ə qədər intervallarla istifadəsi də mümkündür.
Liqui Moly Leichtlauf High Tec 5W-40 mühərrik yağında son sintez texnologiyaları ilə hazırlanmış və yüksək qoruyucu xüsusiyyətlərə malik baza komponentlərindən istifadə olunur. Bundan əlavə yağın tərkibində aşınmadan qoruyan, yağ sistemində çirk və çöküntülərin yığılmasının qarşısını alan və mühərrikin bütün hissələrinin stabil yağlanmasını təmin edən xüsusi qatqı paketindən istifadə olunur.
Xüsusiyyətləri:
- - Aşağı və yuxarı temperaturlarda optimal yağlama
- - Çox yüksək aşınmadan qoruma göstəricisi
- - Çox aşağı yağ sərfiyyatı
- - Yağ sisteminin əla təmizliyi
- - Yanacağa qənaət və zərərli tullantıların aşağı miqdarı
- - Turbin və katalizatorlu mühərriklərdə istifadə oluna bilər
- - DQF (Dizel Qurum Filtri - DPF) ilə təchiz olunmuş dizel mühərriklərində istifadə oluna bilməz
Avtomobil istehsalşılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir.
Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.
Uyğunluq və tövsiyyələr:
ACEA A3
ACEA B4
API SP
BMW Longlife-01
MB-Freigabe 229.5
Peugeot Citroen (PSA) B71 2296
Porsche A40
Renault RN 0700
Renault RN 0710
VW 502 00
VW 505 00
Chrysler MS-10725
Chrysler MS-10850
Fiat 9.55535-H2
Fiat 9.55535-M2
Fiat 9.55535-N2
Fiat 9.55535-Z2
Opel GM-LL-B-025
Peugeot Citroen (PSA) B71 2294
Yağ tipi: Sintetik
Özlülük: 5W-40
Motor tipi: 4 taktlı