Leichtlauf 10W-40
27.00,111.00 AZN
Liqui Moly Leichtlauf 10W-40 yağı sintetik komponentlər və son texnologiyalardan istifadə olunmaqla yaradılan qatqı paketlərindən hazırlanır. Benzin və qurum filtri ilə təchiz olunmamış dizel mühərriklərdə fəsildən asılı olmayaraq istifadə üçün nəzərdə tutulmuş bu yağ qazla işləyən mühərriklər üçün də tövsiyyə olunur (CNG/LPG). Uzun yağdəyişmə intervalları ilə istifadə və mühərrikin resursunu uzatmaq üçün təkmilləşdirilmiş formula malikdir. Xüsusilə 100 000 km-dən çox yürüşü olan avtomobillər üçün əla seçimdir.
Xüsusiyyətləri:
- - mühərrikin yağ sistemindəki çirki həll edir, sistemi təmizləyir
- - yağ azalmasının qarşısını alır, yağ sərfiyyatını azaldır
- - mühərrikin bütün hissələrinin və turbinin sürətli yağlanmasını təmin edir.
- - yanacağa qənaət edir.
- - zərəli tullantıların miqdarını azaldır
- - köhnəlməyə qarşı optimal stabillik
- - eyni özlülükdə bütün digər mühərrik yağları ilə qarışdırıla bilər
- - aşınmaya qarşı yüksək müdafiə.
- - aşağı və yuxarı temperaturlarda yağlayıcı xüsusiyyətlərini qoruyur
- - mühərrikin daha səlist və rahat işləməsini təmin edir
- - katalizatorlu və turbinli mühərriklərdə istifadə oluna bilər.
Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur. (Yağ Sisteminin Yuyucu Vasitələri)
Uyğunluq və tövsiyyələr:
ACEA A3
ACEA B4
API SL
MB 229.1
MB 229.3
VW 501 01
VW 505 00
Peugeot Citroen (PSA) B71 2294
Renault RN 0700
Renault RN 0710
Yağ tipi: Yarımsintetik
Özlülük: 10W-40
Motor tipi: 4 taktlı