LMShop.az - Molygen New Generation 5W-20

Molygen New Generation 5W-20

37.00,133.00,165.00 AZN

LIQUI MOLY Molygen New Generation 5W-20 yağı Molecular Friction Control texnologiyası əsasında yaradılmış, aşınmaya qarşı xüsusi Molygen qatqı paketinə malik aşağı özlülüklü, yüksək keyfiyyətli HC-sintetik mühərrik yağıdır. Amerika və Asiya bazarının ən müasir benzin və dizel avtomobilləri (xüsusən Honda, Toyota, Ford, Chrysler) üçün nəzərdə tutulan bu yağ yanacaq sərfiyyatını 7%-ə qədər aşağı salır və uzun yağdəyişmə intervalları və ağır şəraitdə istismar olunan mühərriklərin resursunu əhəmiyyətli dərəcədə artırır. API SN/CF və ILSAC GF-5 kimi ən müasir spesifikasiyaların tələblərinə cavab verir və 5W-20 enerjiqoruyucu özlülük sinfinə aiddir.  



Xüsusiyyətləri:

Ən müasir baza yağları və MFC texnologiyası əsasında yaradılmış unikal Molygen qatqı paketinin kombinasiyası sayəsində bu mühərrik yağı çox yüksək qoruyucu xüsusiyyətlərə malikdir.  MFC (Molecular Friction Control) texnologiyası mühərrik hissələrinin sürtünən səthlərinin molibden və volfram ionları ilə örtülməsi nəticəsində həmin detalların aşınmaya uzun müddət davamlı səthə malik olmasını təmin edir.

  • - Aşınmadan maksimum qoruma
  • - Yüksək yanacağa qənaət göstəriciləri
  • - Aşağı temperaturlarda yağ sistemi kanalları ilə mühərrikin bütün hissələrinə qısa müddətdə çatmaqla optimal yağlanmanı təmin edir 
  • - Yağ sisteminin təmizliyini təmin edir
  • - Son nəsil xaric qazların neytallaşdırma sistemlərinin tələblərinə cavab verir
  • - Çox aşağı yağ azalma göstəricisi

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.



Uyğunluq və tövsiyyələr:
API SP
ILSAC GF-6A
Chrysler MS-6395
Daihatsu
Fiat 9.55535-CR1
Ford WSS-M2C 930-A
Ford WSS-M2C 945-A
Ford WSS-M2C 945-B1
Ford WSS-M2C 960-A1
GM 6094 M
GM dexos1 Gen 3
Honda
Hyundai
Kia
Mazda
Mitsubishi
Mitsubishi Dia Queen
Nissan
Subaru
Toyota

Yağ tipi: Sintetik
Özlülük: 5W-20
Motor tipi: 4 taktlı