LMShop.az - Molygen New Generation 5W-30

Molygen New Generation 5W-30

29.00,36.00,133.00,162.00 AZN

Ən son Molecular Friction Control texnologiyası əsasında hazırlanmış sürtünməyə qarşı Molygen qatqı paketi və yüksək keyfiyyətli baza yağlarına malik HC-sintetik mühərrik yağı.
Amerika və Asiya bazarının benzin və dizel mühərrikli avtomobilləri üçün optimal seçim olan bu yağ, mühərrikin resursunu əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, yanacaq sərfiyyatına 5%-ə qədər qənaət etmək imkanı verir. API SP və ILSAC GF-6A kimi ən müasir spesifikasiyaların tələblərinə cavab verir və müasir avtomobillər üçün ən geniş yayılmış özlülük sinfinə malikdir. 
MFC (Molecular Friction Control) texnologiyası əsasında hazırlanmış qatqı mühərrikin sürtünən hissələrinin səthində molibden və volfram ionlarından ibarət qat yaradır. Nəticədə həmin səthlər uzun müddət ərzində aşınmadan qorunur və çox yüksək sürüşmə göstəricisinə malik olur.



Xüsusiyyətləri:
  • - Aşınmadan effektiv qoruma
  • - Yanacaq sərfiyyatına qənaət
  • - Çox aşağı yağ azalma göstəricisi
  • - Mühərrikin daha uzun istismar müddəti
  • - Aşağı temperaturlarda detalların sürətli yağlanması
  • - Çöküntü yaranmasının qarşısını alır və yağ sistemini təmizləyir
  • - Xaric qazların emissiyasını azaldır
  • - Rəngi - yaşıl, flüoressens işıqlanmalı

Standart mühərrik yağları ilə qarışdırmaq tövsiyyə olunmur.

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur - Yağ Sisteminin Yuyucu Vasitələri.



Uyğunluq və tövsiyyələr:
API SP
ILSAC GF-6A
Chrysler
Chrysler MS-6395
Daihatsu
Fiat 9.55535-CR1
Ford
Ford WSS-M2C 946-A
Ford WSS-M2C 946-B1
Ford WSS-M2C 961-A1
GM 6094 M
GM dexos1 Gen 3
GWM
HAVAL
Honda
Hyundai
Isuzu
Kia
Mazda
Mitsubishi
Nissan
Subaru
Suzuki
Toyota
Wuling

Yağ tipi: Sintetik
Özlülük: 5W-30
Motor tipi: 4 taktlı