LMShop.az - Molygen New Generation 10W-40

Molygen New Generation 10W-40

30.00,104.00,127.00 AZN

Ən son Molecular Friction Control texnologiyası əsasında hazırlanmış sürtünməyə qarşı Molygen qatqı paketi və yüksək keyfiyyətli baza yağlarına malik HC-sintetik mühərrik yağı.
Avropa bazarının benzin və dizel mühərrikli avtomobilləri üçün optimal seçim olan bu yağ, mühərrikin resursunu əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, yanacaq sərfiyyatına 2,5%-ə qədər qənaət etməyə imkan verir. API və ACEA-nın müasir spesifikasiyaların tələblərinə cavab verir. Malik olduğu özlülük sinifi isə böyük yürüşə malik avtomobillərin mühərrikləri üçün yüksək səviyyədə qorumanı təmin edir.



Xüsusiyyətləri:

Ən müasir baza yağları və hibrid MFC (Molecular Friction Control) texnologiyası əsasında hazırlanmış unikal Molygen qatqı paketi kombinasiyası bu mühərrik yağına çox yüksək qoruyucu özəllik verir. Molygen qatqısı mühərrikin sürtünən hissələrinin səthində molibden və volfram ionlarından ibarət qat yaradır. Nəticədə həmin səthlər uzun müddət ərzində aşınmadan qorunur və çox yüksək sürüşmə göstəricisinə malik olur.

  • - Aşınmadan effektiv qoruma
  • - Yanacaq sərfiyyatına qənaət
  • - Çox aşağı yağ azalma göstəricisi
  • - Mühərrikin daha uzun istismar müddəti
  • - Aşağı temperaturlarda detalların sürətli yağlanması
  • - Çöküntü yaranmasının qarşısını alır və yağ sistemini təmizləyir
  • - Xaric qazların emissiyasını azaldır
  • - Turbinli, kompressorlu və katalizatorlu mühərriklərdə istifadə oluna bilər
  • - Rəngi: yaşıl, flüoressens işıqlanmalı


Liqui Moly Molygen New Generation 10W-40 yağı mühərrikin resursunu artırmağa və yanacağa qənaət etməyə imkan verir.
Standart mühərrik yağları ilə qarışdırmaq tövsiyyə olunmur.
Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur  (Yağ Sisteminin Yuyucu Vasitələri)



Uyğunluq və tövsiyyələr:
ACEA A3
ACEA B4
API SL
Fiat 9.55535-G2
MB 229.3
Peugeot Citroen (PSA) B71 2300
Renault RN 0700
Renault RN 0710
VW 501 01
VW 502 00
VW 505 00

Yağ tipi: Sintetik
Özlülük: 10W-40
Motor tipi: 4 taktlı