LMShop.az - Leichtlauf High Tech LL 5W-30

Leichtlauf High Tech LL 5W-30

32.00,118.00,144.00 AZN

HC-sintez texnologiyası əsasında hazırlanmış universal mühərrik yağı. ACEA və API beynəlxalq standartlarının müasir tələblərinə, həmçinin Mercedes-Benz, BMW, Volkswagen Group, GM kimi avtomobil istehsalçılarının orijinal yağ spesifikasiyalarının tələblərinə cavab verir. Turbinli, katalizatorlu və uzun yağdəyişmə intervalları ilə istismar olunan mühərriklər üçün də əla seçimdir. 



Xüsusiyyətləri:

Mühərrik işə düşərkən yağın qısa zamanda sürtünən hissələrə çatması mühərrikin detallarını aşınmadan qoruyur və onun uzunmüddətli etibarlı işini təmin edir. Bu yağ bütün istismar şəraitlərində yağın stabil təzyiqi, aşağı yağ sərfiyyatı və bir çox digər parametrlər üzrə hətta böyük avtomobil istehsalçılarının ciddi tələblərindən də artıq göstəricilərə malikdir.

  • - mühərrik detallarının sürətli yağlanması
  • - sürtünmə və aşınmanın azalması
  • - optimal yağ təzyiqi
  • - mühərrikin uzunmüddətli istismarı
  • - yanacaq sərfiyyatını azaldır
  • - yağ sərfiyyatını azaldır
  • - turbinli və katalizatorlu mühərriklərdə istifadə oluna bilər
  • - mühərrikin yağ sisteminin təmizliyini təmin edir

Mühərrik yağını dəyişərkən avtomobil istehsalçısının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur. (Yağ Sisteminin Yuyucu Vasitələri)



Uyğunluq və tövsiyyələr:
API CF
API SL
ACEA A3
ACEA B4
MB 229.5
VW 502 00
VW 505 00
BMW Longlife-01 (bis MJ 2018)
Opel GM-LL-A025
Opel GM-LL-B025

Yağ tipi: Sintetik
Özlülük: 5W-30
Motor tipi: 4 taktlı