LMShop.az - Top Tec 4200 5W-30

Top Tec 4200 5W-30

43.00,163.00,199.00 AZN

Volkswagen-Audi, Mercedes-Benz, BMW, Fiat, Mitsubishi, Peugeot, Citroen kimi avtomobil istehsalçılarının müasir mühərriklərinin geniş çeşidi üçün tövsiyyə olunan mühərrik yağı. Dizel Qurum Filtri (DPF) ilə təchiz olunmuş Koreya istehsalı avtomobillərin dizel mühərrikləri üçün də əla seçimdir. Xaric qazların ikili neytallaşdırılma sistemi (o cümlədən Dizel Qurum Filtri - DPF) ilə təchiz olunmuş minik avtomobillərinin benzin və dizel mühərrikləri üçün HC-sintetik (Mid SAPS) mühərrik yağı. EURO 4 və daha yüksək ekoloji normaların tələblərinə cavab verir.



Xüsusiyyətləri:

Liqui Moly Top Tec mühərrik yağlarında müasir sintez texnologiyaları ilə istehsal olunmuş və yüksək qoruyucu xüsusiyyətlərə malik baza yağlarından istifadə olunur. Bu yağların tərkibində aşağı miqdarda kükürd, fosfor və xlordan istifadə olunmaqla hazırlanmış qatqı paketi vardır. Bu səbəbdən Top Tec nəslinə aid olan yağlar müasir mühərriklərdə istifadə olunan xaric qazların neytallaşdırma sistemlərinin (katalizator, Dizel Qurum Filtri - DPF) spesifikasiyalarına cavab verir və ətraf mühitə atılan zərərli maddələrin  miqdarını azaldır.

  • - Turbin və Dizel Qurum Filtri (DPF) ilə təchiz olunmuş dizel mühərriklərdə istifadəsi də tövsiyyə olunur.
  • - Mühərrikin yağ sisteminin təmizliyini təmin edir 
  • - Yağ sistemi kanalları ilə mühərrikin bütün hissələrinə qısa müddətdə çatmaqla sürətli yağlanmanı təmin edir 
  • - Mühərrikin istənilən dövrlərində optimal yağ təzyiqi
  • - Aşağı və yuxarı temperaturlarda optimal yağlama 
  • - Yanacaq sərfiyyatının azalması və zərərli tullantıların aşağı miqdarı 

Liqui Moly Top Tec 4200 yağından istifadə mühərrikin etibarlı istismarını və müasir dizel mühərriklərində istifadə olunan, bahalı detallardan biri olan xaric qazların katalitik neytarallaşdırıcısının və Dizel Qurum Filtirinin (DPF) istismar müddətinin artırılmasını təmin edir. Avtomobil istehsalçılarının orijinal spesifikasiyalarının tələblərinə cavab verdiyindən, bu yağdan istifadə avtomobilin zəmanət şərtlərini qorumağa imkan verir.
Standart mühərrik yağları ilə qarışdırılması tövsiyyə olunmur.

Mühərrik yağını dəyişərkən istehsalçının təlimatlarına əməl olunmalıdır. Mühərrik yağını dəyişməmişdən öncə yağ sisteminin yuyulması tövsiyyə olunur. (Yağ sisteminin yuyucu vasitələri)



Uyğunluq və tövsiyyələr:
ACEA C2
ACEA C3
API SN
BMW Longlife-01 (2018-ci ilə qədər)
BMW Longlife-01 FE (2018-ci ilə qədər)
BMW Longlife-04 (2018-ci ilə qədər)
Fiat 9.55535-S1
Fiat 9.55535-S3
MB 229.31
MB 229.51
Porsche C30
VW 500 00
VW 501 01
VW 502 00
VW 503 00
VW 503 01
VW 504 00
VW 505 00
VW 505 01
VW 506 00
VW 506 01 (6/2006 tarixə qədər olan V10 TDI mühərriklər və R5 istisna olmaqla)
VW 507 00

Yağ tipi: Sintetik
Özlülük: 5W-30
Motor tipi: 4 taktlı