LMShop.az - Mühərrik yağ sistemi yuyucusu - Engine Flush

Mühərrik yağ sistemi yuyucusu - Engine Flush

16.00 AZN

Engine Flush yağ sistemi yuyucusu  adi, tıxacsız sürüş rejimində, aşağı-orta dövrlərdə istismar olunan və standart yağdəyişmə intervallarına əməl olunan mühərriklərin profilaktik məqsədlə yuyulması üçün istifadə olunur.



Xüsusiyyətləri:

Çöküntü və çirki üzdən, yüngül həll edib çox kiçik zərrəciklər halına salır - yağ nasosunun kəfkirini, yağ sisteminin kanallarını tutmur, əksinə bu hissələri də təmizləyir.

  • - Mühərrikdən süzülüb boşalmayan köhnə yağ qalığını əhəmiyyətli dərəcədə azaldır və yeni yağın istismar müddətini uzadır
  • - Tərkibindəki qoruyucu qatqılar paketi hesabına mühərrikin daxilini təhlükəsiz olaraq təmizləyir və sürtünməni azaldan qoruyucu qat yaradır
  • - Yağ sisteminin rezin elementlərini qoruyan kompleks tərkibə malikdir
  • - İstifadədən sonra köhnə yağla birlikdə təmamilə sistemdən çıxır
  • - Həm benzin, həm də dizel mühərriklərdə istifadə üçün yararlıdır

Bu məhsuldan müntəzəm olaraq istifadə mühərrikin yağ sistemini təmiz saxlamaqla onun resursunun artmasını və etibarlı istismarını təmin edir. Qatqının əlverişli qiyməti onu hər yağdəyişmədə istifadə etməyə imkan verir.

İstifadə qaydası:

  1. Yağdayişmə öncəsi isti mühərrikin yağ sisteminə əlavə edin (5-6 litr yağa 300 ml qatqı hesabı ilə). 
  2. Mühərriki işə salıb, avtomobili sürmədən 10 dəqiqə ərzində işlədin. (Mühərrikə yeni yağ əlavə edənədək avtomobili sürmək olmaz!)
  3. Mühərriki söndürüb köhnə yağı boşaldın və yağ filtrini dəyişin
  4. Mühərrikə yeni, yüksək keyfiyyətli yağ əlavə edin.