LMShop.az - Mühərrik yağ sistemi yuyucusu (№ 1) - Ölsystem Spülung Light

Mühərrik yağ sistemi yuyucusu (№ 1) - Ölsystem Spülung Light

16.00 AZN

Oilsystem Spulung Light yağ sisteminin yuyucusu tıxacsız, adi sürüş rejimi və standart yağdəyişmə intervalları şəraitində istismar olunan mühərriklərin yağ sisteminin profilaktik təmizlənməsi üçün istifadə olunur.



Xüsusiyyətləri:

Yağ pompasının və yağ sisteminin digər hissələrinin kanallarını tutmadan mühərrikin yağ sistemində yaranan çöküntüləri və çirki həll edir.

  • - Mühərrikdən süzülüb boşalmayan köhnə yağ qalığını əhəmiyyətli dərəcədə azaldır və yeni yağın istismar müddətini uzadır
  • - Tərkibindəki qoruyucu qatqılar paketi hesabına mühərrikin daxilini təhlükəsiz olaraq təmizləyir və sürtünməni azaldan qoruyucu qat yaradır
  • - Yağ sisteminin rezin elementlərini qoruyan kompleks tərkibə malikdir
  • - İstifadədən sonra köhnə yağla birlikdə təmamilə sistemdən çıxır
  • - Həm benzin, həm də dizel mühərriklərdə istifadə üçün yararlıdır

Mütəmadi istifadə etdikdə mühərrikin yağ sisteminin təmiz saxlanmasına kömək edir, onun etibarlı işini və resursunun artmasını təmin edir. Münasib qiyməti hər yağdəyişmədə istifadə olunmasına imkan verir. Yağla təmasda işləyən kəmərli qazpaylayıcı mexanizmli mühərriklərdə də istifadə oluna bilər.

İstifadə qaydası:

  1. Yağdayişmə öncəsi isti mühərrikin yağ sisteminə əlavə edin (5 litr yağa 300 ml qatqı hesabı ilə). 
  2. Mühərriki işə salıb, avtomobili sürmədən 10 dəqiqə ərzində işlədin. (Mühərrikə yeni yağ əlavə edənədək avtomobili sürmək olmaz!)
  3. Mühərriki söndürüb köhnə yağı boşaldın və yağ filtrini dəyişin
  4. Mühərrikə yeni, yüksək keyfiyyətli yağ əlavə edin.