LMShop.az - Yağ qatqısı - Oil Additiv

Yağ qatqısı - Oil Additiv

27.00 AZN

Oil Additiv - molibden disulfid (MoS2) tərkibli mühərriki aşınmadan qoruyan yağ qatqısıdır. Bu qatqı LIQUI MOLY şirkətinin  özəl bir məhsuludur - təsiri və effektivliyi onilliklər ərzində yoxlanılıb və sınaqdan keçirilib.
Bu qatqı istehsal ili nisbətən köhnə olan həm benzin, həm də dizel mühərrikli (DPF filtrsiz) avtomobillərdə  istifadə üçün tövsiyyə olunur. Hər yağdəyişmədə istifadə oluna bilər.

MoS2 maddəsi sürtünən və sürüşən metal səthlərdə yüksək yükə dözümlü yağlayıcı qat yaradır, bununla da sürtünməni azaldır və aqreqatların daha rahat işləməsini təmin edir. Nəticədə, yanacaq sərfiyyatı, yağ sərfiyyatı və aşınma əhəmiyyətli dərəcədə azalır, yüksək iş etibarlılığı və fövqəladə işləmə xüsusiyyətləri əldə olunur.



Xüsusiyyətləri:

- mühərriki işə salarkən və iş zamanı olan aşınmanı azaldır
- yağ və yanacaq sərfiyyatını azaldır
- mühərrikin daha səlist işləməsini təmin edir
ekstremal hallarda mühərriki qoruyur
- ən yüksək istilik dayanıqlığı
- bütün mövcud olan mühərrik yağlarına əlavə oluna bilər
- bütün növ yağ filtrləri ilə istifadə oluna bilər
heç bir çöküntü yaratmır
- turbinli və katalizatorlu avtomobillərdə istifadə oluna bilər

İstifadə sahəsi
Mühərriklər, kompressorlar və nasosların yağlarına əlavə olunur. Xüsusilə avtomobil mühərrikləri (benzin və dizel) üçün nəzərdə tutulub. Bütün kommersiya baxımından mövcud olan motor yağları ilə qarışa bilir. Yağ vannasında işləyən dişli kəmərlər üçün də uyğundur.


İstifadə qaydası
İstifadədən əvvəl çalxalayın. Motor yağına 5% nisbətində (1 litr yağa 50 ml) əlavə edin. Yağda işləyən transmissiya ötürməli motosikletlərdə doza 2%-dən çox olmamalıdır (1 litr yağa 20 ml)!