Yağ azalmasına qarşı vasitə - Öl Verlust Stop
36.00 AZN
Mühərrikin rezin və plastik materialdan olan kipkəc və araqatlarının elastikliyini bərpa etməklə yağ sızmasının qarşısını alır. Mühərrik yağının yüksək temperaturlarda normadan artıq durulmasına imkan vermir və bununla da yağ sərfiyyatını azaldır, kompressiyanı bərpa edir.
Xüsusiyyətləri:
Bu qatqı rezin elementlərin elastikliyini bərpa edir, mühərrikin ön, arxa və klapan kipkəclərinin quruması səbəbindən yaranan yağ azalmasının qarşısını alır. Həmçinin, xüsusi tərkibi sayəsində mühərrik yağının hətta yüksək temperaturlarda belə öz ilkin özlülüyünü (qatılığını) saxlamağa kömək etməklə yağın porşen halqalarının ətrafından yanma kamerasına normadan artıq keçməsinə imkan vermir.
- - Silindr-Porşen Qrupunda və klapan kipkəclərindəki boşluq nəticəsində yaranan yağ itkisini azaldır.
- - Kipkəc və araqatların elastikliyini itirmək səbəbindən yaranan yağ itkisinin qarşısını alır
- - Mühərrik yağının özlülüyünü yuxarı temperaturlarda da stabil saxlamaqla mühərrikin səsini azaldır.
- - Kompressiyanın bərpa olunmasına kömək edir
- - Mühərrikin xaric qazlarında boz və mavi rəngli tüstünün yaranmasının qarşısını alır
- - Dizel Qurum Filtrli (DPF) və katalizatorlu mühərriklərdə də istifadə oluna bilər
- - Ətraf mühitin çirklənməsinin qarşısını alır
Öl Verlust Stop qatqısından istifadə avtomobil sahiblərinə mühərrik yağının azalması problemini müstəqil və az xərclə həll etməyə imkan verir.
İstifadə qaydası:
1 flakon (300 ml) qatqı 5 litr yeni mühərrik yağına əlavə etmək üçün nəzərdə tutulub. Qatqının təsiri təxminən 600-800 km yürüşdən sonra başlayır. Uzunmüddətli effekti təmin etmək üçün profilaktik olaraq hər 30 000 km-dən bir istifadə etmək tövsiyyə olunur. Bütün növ benzin və dizel mühərriklərdə istifadə oluna bilər.