LMShop.az - ATF qatqısı - ATF Additive

ATF qatqısı - ATF Additive

39.00 AZN

Avtomatik Sürətlər Qutusu (ATF Dexron II/III yağları istifadə olunan) və Sükan Gücləndirici Mexanizmlərin yağ sisteminin təmizlənməsi və yağ sızmasının qarşısını almaq üçün vasitə. Tərkibindəki xüsusi komponentlər aqreqatların rezin və plastik kipləşdiricilərinin elastikliyini bərpa edir, mexanizmlərin yağ kanallarını təmizləyir, yağın köhnəlməsi və oksidləşməsinin qarşısını alır. Avtomatik Sürətlər Qutusunun ötürmə mexanizmindəki kanalların təmizlənməsi nəticəsində ümumilikdə bütün sistemin işi daha da yaxşılaşır, onun istismar müddəti uzanır və gələcəkdə gözlənilən təmir xərcləri əhəmiyyətli dərəcədə azalır. Hər yağdəyişmədə istifadə oluna bilər.



Xüsusiyyətləri:

Bu qatqının tərkibində rezin və digər elastomer kipləşdiricilərin norma daxilində şişməsini, onların yeni detallar kimi yumşaq və elastik olmasını təmin edən Seal Sweller maddəsi var. Bu maddənin təsiri nəticəsində kipləşdiricilər mayeni daha yaxşı saxlayır və sızmaının qarşısı alınır. Bundan başqa, qatqının təmizləyici komponentləri aqregatların daxilindəki çirki çox xırda hissələrə parçalayır, daxili divarların səthində yığılmasının, çöküntü halında toplanmasının qarşısını alır, nazik yağ kanallarını təmizləyir və ötürmə mexanizminin daha səlist və səssiz işləməsini təmin edir. Tərkibindəki antioksidantlar isə yağın istismar müddətini uzadır. 

  • - kipləşdiricilərin elastikliyini bərpa etməklə yağ sızmasının qarşısını alır
  • - mexanizmləri təmizləyir və aşınmadan qoruyur
  • - yağın köhnəlməsinin və oksidləşməsinin qarşısını alır
  • - stismar müddətini uzadır və təmir xərclərini azaldır
  • - mexanizmlərin səsli işləməsinin qarşısını alır və Avtomatik Sürətlər Qutusunda daha səlist ötürmələri təmin edir.

İstifadə qaydası:

Hər 8 litr transmissiya yağına 250 ml qatqı hesabı ilə əlavə olunur. Ancaq ATF Dexron II/III yağları tövsiyyə olunan aqreqatlar üçün yararlıdır. Avtomatik Sürətlər Qutusunun yağ səviyyəsinin ölçüldüyü hissəsindən, Sükan Gücləndirici Mexanizmlərdə isə yağ qabının qapağını açmaqla yağa əlavə olunur. Hər yağdəyişmədə istifadə etmək olar.