LMShop.az - Benzin mühərriklər üçün superkompleks - Speed Benzin Zusatz

Benzin mühərriklər üçün superkompleks - Speed Benzin Zusatz

53.00 AZN

Benzinin keyfiyyətini artıran və qoruyucu komponentlərə malik kompleks qatqı. Tərkibindəki yanma katalizatorları benzinin tam yanmasını təmin edir, bununla da mühərrikin gücünü artırır və yanacaq sərfiyyatının azalmasına kömək edir. Yanacaq sistemini lazımi dərəcədə yağlayır, onun bütün hissələrində çöküntü və çirkin əmələ gəlməsinin qarşısını alır. Hər yanacaq doldurmada istifadəsi tövsiyyə olunur.
Öz xüsusi tərkibi sayəsində yanacaq sistemində polyar molekullardan ibarət nazik qoruyucu qat yaradır. Yanacaq sisteminin aqreqtlarının hərəkətli hissələrində sürtünməni və aşınmanı azaldır, tərkibində su və spirt olan yanacaqdan istifadə zamanı sistemdə korroziyanın yaranmasının qarşısını alır.  Yanacaq sisteminin daim təmiz qalmasını təmin edir. Avtomobilin uzun müddət istifadəsiz qaldığı vaxtlarda konservant vasitə kimi də istifadə oluna bilər.



Xüsusiyyətləri:
  • - Yanacaq sisteminin təmizləyini təmin edir, çirkli çöküntülərin yaranmasının qarşısını alır
  • - Yanacaq sərfiyyatını normallaşdırır
  • - Mühərrikin gücünü artırır
  • - Mühərrikdə olan detonasiyasını azaldır, kompressiyanı yaxşılaşdırır
  • - Klapanlar, yanacaq şamları və yanma kamerasında yaranan çirki təmizləyir
  • - Avtomobilin qənaətli və etibarlı istismarını təmin edir
  • - Yanacaq sistemini korroziyadan qoruyur
  • - İnjektorlu və karbüratorlu, həmçinin turbinli və katalizatorlu mühərriklərdə istifadə oluna bilər

Liqui Moly Speed Benzin Zusatz qatqısından istifadə yanacağın modifikasiyası və optimallaşdırılması sahəsindəki son texnoloji yeniliklərdən istifadə etməklə, yanacaq sisteminin çirklənməsi və korroziya prosesi nəticəsində yaranan problemləri həll etməyə və onların qarşısını almağa kömək edir.

İstifadə qaydası: Hər 10 litr benzin yanacağına 1 qapaq (25 ml) hesabı ilə yanacaq çəninə əlavə olunur. Beləliklə, flakondakı 1 litr vasitə 400 litr benzin yanacağı üçün bəs edir. Hər yanacaq doldurmada istifadəsi tövsiyyə olunur. Mühərriklərin uzunmüddətli konservasiyası üçün də effektiv vasitədir.

Bütün Benzin Yanacaq Qatqılarına keçid