Hibrid avtomobillər üçün benzin qatqısı - Hybrid Additive
24.00 AZN
Müasir hibrid mühərriklərin yanacaq sistemi üçün hazırlanmış mükəmməl təmizləyici və qoruyucu təsirə malik xüsusi vasitə. Hibrid mühərrikli avtomobillər adətən aşağı yanacaq sərfiyyatına malikdir, bəzən isə onlarda ümümiyyətlə elektrik mühərrikindən istifadə olunur. Buna görə də bu avtomobillərdəki benzin mühərriklər adətən aşağı temperaturlarda və həmçinin tez-tez işə salınıb söndürülərək istismar olunur. Benzin isə az istifadə olunduğundan o, yanacaq çənində nisbətən uzun müddət qalır. Xüsusi hazırlanmış Hybrid Additive qatqısı bu mühərriklərin yanacaq sistemindəki çirk və çöküntüləri təmizləyir və bütün yanacaq sistemini korroziayadan qoruyur. Həmçinin yanacağın keyfiyyətini stabilləşdirir və onun köhnəlmə və oksidləşməsinin qarşısını alır.
Xüsusiyyətləri:
- yanacaq sistemində çoküntülərin yaranmasının qarşısını alır
- yanacağın köhnəlməsinin qarşısını alır
- korroziyaya qarşı əla qoruma
- yanacağa qənaət
- yanacağın keyfiyyətini stabilləşdirir
- adi və yüksək təzyiqli benzin injektorlu mühhərriklərdə istifadə oluna bilər
- benzin injektorlarını və yanma kamerasını təmizləyir
- ətraf mühitə atılan zərərli maddələrin və dəm qazının miqdarını azaldır
- benzin mühərrikli bütün hibrid avtomobillər üçün uyğundur.
İstifadə qaydası:
Bir flakon (250 ml) qatqı 75 litr benzin üçün nəzərdə tutulub. Birbaşa yanacaq çəninə əlavə edilməlidir.