LMShop.az - Dizel sistemi təmizləyicisi - Diesel Spulung

Dizel sistemi təmizləyicisi - Diesel Spulung

35.00 AZN

Bütün müasir dizel sistemlərinin təmizlənməsi üçün effektiv vasitə. Dizel forsunkalarında yığılan his, çirk və çöküntüləri təmizləməklə yanacağın bərabər və lazım olan həcmdə püsükürdülməsini təmin edir. Bu vasitə həmçinin yanacaq sistemini korroziyadan qoruyur, setan ədəinin artırtmaqla mühərrikin bütün parametrlərini yaxşılaşdırır və yanacağın tam yanmasını təmin edir.



Xüsusiyyətləri:

Xarakterik iyli sarımtıl rəngli maye. Tərkibində setan ədədini artıran qatqı və yüksək dərəcədə effektiv təmizləyici maddələr kompleksi var. 

  • - Yanacaq sistemini və yanma kamerasını təmizləyir
  • - Mühərrikin daha səssiz və səlist işləməsini təmin edir
  • - Dizel yanacağının setan ədədini artırır
  • - Forsunkalardakı his, qurum və çöküntüləri təmizləyir 
  • - Forsunka iynələrəinin çirklənməsinin qarşısını alır
  • - Sistemi korroziyadan qoruyur
  • - Yanacağın optimal yanmasını təmin etməklə yanacaq sərfiyyatını azaldır
  • - Avtomobilin istismar göstəricilərini yaxşılaşdırır
  • - DPF (Dizel Qurum Filtri) və turbin ilə təchiz olunmuş avtomobillərdə də istifadə oluna bilər

Diesel Spulung vasitəsindən daimi istifadə forsunkaların çirklənməsi səbəbindən yaranan mühərrikin qeyri stabil işləməsi və çətin işə düşməsi kimi problemləri də aradan qaldırmağa kömək edir.

İstifadə qaydası:

Profilaktik məqsədlə istifadə: 1 flakon qatqını yanacaq çəninə, 75 litr dizel yanacağına əlavə edin. Hər 3000 km-dən bir istifadə etmək tövsiyyə olunur.

Yanacaq sistemi çox çirkli olduğu hallarda istifadə: yanacaq çənindən gələn və geri qayıdan yanacaq şlanqlarını ayırıb bu qatqının flakonuna daxil edin. Mühərriki işə salıb qatqı qurtarana qədər mühərriki ancaq bu qatqı ilə işlədin, periodik olaraq mühərrikin dövrlər sayını artırıb azaldın. Mayenin flakonda qalan hissəsini isə yanacaq filtrini dəyişərkən onun üzərinə əlavə edə bilərsiniz. Belə istifadə qaydası ilə aşağıdakı videolarda tanış ola bilərsiniz:

Video:
Dizel sistemi təmizləyicisi - Diesel Spulung (№ 5170/1912) - ENG
Dizel sistemi təmizləyicisi - Diesel Spulung (№ 5170/1912) - RUS

Bütün Dizel Yanacaq Qatqılarına keçid