Super Dizel Qatqısı - Super Diesel Additiv
24.00 AZN
Dizel yanacaq sistemləri üçün his, kokslaşma və korroziyadan uzunmüddətli təmizləyici məhsul. Bütün yanacaq sistemi boyunca işləyir və 2000 km-ə qədər təsirli olur. Dövri olaraq istifadə edildikdə (hər 2000 km-də) bütün sistemi təmiz saxlayır, mühərrikin güc parametrlərini artırır. Bütün dizel mühərrik inyeksiya sistemləri üçün tövsiyə edilir. Məhsulda yanacaq sistemini yağlayan komponentlərin olması səbəbindən müasir aşağı kükürdlü yanacaqdan (AVRO standartı) istifadə edərkən xüsusilə təsirli olur.
Xüsusiyyətləri:
- Təmizliyi təmin edir, yanacaq sistemində və yanma kamerasında çöküntülərin yaranmasının qarşısını alır
- Enjeksiyon burunlarının təmizliyini qoruyur, mühərrikdə optimal yanmağı təmin edir, bu da aşağı xüsusi yanacaq sərfiyyatına və maksimum mühərrik gücünə səbəb olur - enjeksiyon iynələrinin yanmasının və rezinləşməsinin qarşısını alır.
- Aşağı kükürdlü dizel yanacağının (DIN EN 590-a uyğun olaraq) sürtkü təsirini artırır və yanacaq vurma nasosunu aşınmadan qoruyur.
- Dizel yanacağının setan sayını artırır və yanma prosesini yumşaldır
- Antioksidant ehtiva edir və korroziyanın qarşısını alır
- İstənilən müasir dizel oksidləşmə katalizatorları ilə uyğun gəlir
Super Diesel Additiv-in vaxtaşırı istifadəsi həm dizel avtomobilinin yanacaq sisteminin, həm də mühərrikin xidmət müddətini artırmağa kömək edir.
İstifadə qaydası:
Məhsul yanacaq doldurmadan əvvəl tökülməlidir. 75 litr yanacağa 250 ml tutumlu 1 flakon əlavə edilir . Hər 2000 km-dən bir istifadə olunmaq tövsiyyə olunur. Yanacaqla qarışma avtomatik olaraq baş verir.
Video: https://www.youtube.com/watch?v=pLldO5MKkiM&feature=emb_logo
Video: https://www.youtube.com/watch?v=Xpp8Ty8wA5Q&feature=emb_logo