Dizel mühərriklər üçün superkompleks - Speed Diesel Zusatz
53.00 AZN
Dizel yanacaq sisteminin təmizlənməsi, yanacağın setan ədədinin artırılması, sistemin korroziyadan qorunması və mühərrikin gücünün artırılması üçün kompleks vasitə. Dizelin setan ədədini artırmaqla hətta aşağı keyfiyyətli yanacaqdan istifadə etdikdə belə yanacağın effektiv yanmasını təmin edir, bununla da mühərrikin gücünü artırır və yanacaq sərfiyyatının azalmasına kömək edir. Hər yanacaq doldurmada istifadəsi tövsiyyə olunur.
Dizel nasosunu, forsunkaları və ümumilikdə yanacaq sistemini yüngül təmizləyir, sistemdə korroziyanın və çöküntülərin əmələ gəlməsinin qarşısını alır. Rahat istifadəsi üçün flakonun qapağına yerləşdirilmiş 25 ml həcmli qabdan istifadə etməklə hər 10 litr dizel üçün yanacaq çəninə 1 qapaq bu vasitədən əlavə olunur.
Tərkibində olan yüngül təsirli təmizləyici, həll edici, qoruyucu və setan artırıcı vasitələrdən ibarət kompleks qatqı müasir dizel mühərriklər üçün təyin olunmuş bütün standartlara cavab verir və heç bir zərərli təsirə malik deyil. Liqui Moly Speed Diesel Zusatz qatqısından daimi istifadə mühərrikin və dizel sisteminin aqreqatlarının ömrünü uzadır, aşağı keyfiyyətli yanacaqdan istifadə nəticəsində meydana çıxa bilən bahalı təmir işlərinin qarşısını alır.
Xüsusiyyətləri:
- - Dizel sistemini təmizləyir, sistemdə və yanma kamerasında çöküntülərin və korroziyanın yaranmasının qarşısını alır
- - Yanacağın tam yanmasını və nəticədə aşağı yanacaq sərfiyyatını təmin edir
- - Forsunka iynələrinin yanması və tutulmasının qarşısını alır
- - Dizel nasosunu, forsunkaları, yanma kamerasını və çıxış klapanlarını qoruyur
- - Aşağı temperaturlarda mühərrikin rahat işə düşməsinə kömək edir
- - Bütün növ dizel sistemlərində daimi istifadə oluna bilər
- - Turbinli və katalizatorlu mühərrikərdə də istifadə oluna bilər
İstifadə qaydası: Hər 10 litr dizel yanacağına 1 qapaq (25 ml) hesabı ilə yanacaq çəninə əlavə olunur. Beləliklə, flakondakı 1 litr vasitə 400 litr dizel yanacağı üçün bəs edir. Minik və yük avtomobilləri, traktor, ağır teknika və stasionar avadanlıqlardakı bütün növ dizel mühərriklərində istifadə oluna bilər. Mühərriklərin uzunmüddətli konservasiyası üçün də effektiv vasitədir.
Bütün Dizel Yanacaq Qatqılarına keçid