Multifunksional dizel qatqısı - Multifunktionsadditiv Diesel
28.00,59.00 AZN
Kompleks təsirli vasitə: yanacaq sistemində və çəndə suyu deemulqasiya edir, yanacaq sistemini təmizləyir və korroziyadan qoruyur, yanacağın yanmasını yaxşılaşdırır, bununlada mühərrikin gücünü artırır və yanacaq sərfiyyatını effektiv şəkildə azaldır. Daimi istifadə etdikdə yanacaq sistemi və mühərrikin yüksək iş keyfiyətini təmin edir.
Xüsusiyyətləri:
Xarakterik qoxulu, qırmızı rəngli şəffaf maye. Tərkibində yüksək miqdarda təmizləyici komponentlər, setan artıran qatqı və yağlayıcı maddə var.
- - Yanacaq sisteminin bütün aqreqatlarının təmizliyini təmin edir
- - Dizel yanacağının yağlayıcı xüsusiyyətlərini normallaşdırır və yanacaq sistemi aqreqatlarını aşınmadan qoruyur
- - Setan ədədini artırır
- - Yanacaq sisteminin detallarını sudan qoruyur
- - Tərkibindəki antiqel sayəsində dizel yanacağını -31°C-ə qədər aşağı temperaturda belə maye vəziyyətində saxlayır yanacağın filtrdən süzülməsini təmin edir
- - Yüksək termiki və termooksid stabilliyə malikdir
- - Mühərrikin resursunu artırır
- - Yanacaq sərfiyyatını azaldır
- - Zərərli tullantıların miqdarını azaldır
- - Turbinli və katalizatorlu mühərriklərdə istifadə oluna bilər
İstifadə qaydası:
Hər 15 litr dizel yanacağına 1 qapaq (25 ml) hesabı ilə yanacaq çəninə əlavə olunur. Beləliklə, flakondakı 1 litr vasitə 600 litr dizel yanacağı üçün bəs edir. Minik və yük avtomobilləri, traktor, ağır teknika və stasionar avadanlıqlardakı bütün növ dizel mühərriklərində istifadə oluna bilər. Mühərriklərin uzunmüddətli konservasiyası üçün də effektiv vasitədir.