LMShop.az - Soyutma sistemi hermetiki - Kühler Dichter

Soyutma sistemi hermetiki - Kühler Dichter

12.00,19.00 AZN

Mühərrikin su radiatorunun və soyutma/isitmə sisteminin digər metal və plastik hissələrində kiçik çat və deşiklərdən sızmanın qarşısını almaq üçün vasitə. Bütün növ mühərriklərin soyutma sistemlərində və bütün növ antifriz və qatqılarla istifadə oluna bilər.



Xüsusiyyətləri:

Tərkibində sudahəllolunan monomer və monoetilenqlikol məhlulunda olan kiçik ölçülü plastik oxantısı var. Deşik və çat ətrafındakı təzyiq dəyişkənliyi və oksigenlə təmas nəticəsində polimerizasiya reksiyası baş verir və nəticədə yaranan polimerizasiya məhsulları deşik və çat hissəni tutur.

  • - Çatlar və kiçik sızma yerlərini etibarlı və uzunmüddətli kipləşdirir
  • - Bütün növ antifrizlərlə istifadə oluna bilər
  • - Soyutma/isitmə sistemi kanallarına və su pompasına heç bir əks təsiri yoxdur
  • - Bütün növ radiatorlarda (həmçinin alüminium) istifadə oluna bilər.


Liqui Moly Kuhler Dichter vasitəsindən istifadə vaxta və bahalı təmir işlrəinə qənat etməklə soyutma sistemində olan kiçik su axıntılarının qarşısını almağa imkan verir.

İstifadə qaydası:

  • - istifadədən qabaq qabı çalxalayın
  • - hər 10 litr soyutma mayesinə 250 ml vasitə hesabı ilə mühərrikin soyutma sisteminə əlavə edin
  • - mühərriki minimum 10 dəqiqə ərzində işlədin (avtomobili sürmək də olar)

Bu vasitə mühərrikin soyutma sistemində uzun müddət qala bilər, zərərli təsiri yoxdur.