Soyutma sistemi təmizləyicisi - Kuhler Reiniger 0.3L
23.00 AZN
Mühərrikin soyutma sistemini təmizləmək üçün vasitə. Tərkibindəki enzimlər və səthi aktiv maddələr radiator, borular və mühərrikin su köynəyində olan ərp və çirkli çöküntüləri effektiv həll edir. Onlar kiçik zərrəciklər halına salınmaqla köhnə antifrizlə birlikdə sistemdən xaric olunur. Sistemi təmizləməklə mühərrikin normal işlək temperaturunu və etibarlı işləməsini təmin edir. Bütün növ isitmə və soyutma sistemləri üçün yararlıdır, radiatorlara istifadə olunan materiallara, rezin və plastikə zərəli deyil. Tərkibində aqressiv aşındırıcı turşu və qələvilər yoxdur. Hər soyutma sistemi mayesinin dəyişilməsindən öncə istifadə olunması tövsiyyə olunur.
Xüsusiyyətləri:
Bu maddədən istifadə, soyutma sisteminin çirklənməsi problemini müstəqil həll etməyə və gələcəkdə bahalı təmir işlərinin qarşısını almağa imkan verir.
İstifadə qaydası:
- - 10L soyutma sistemi mayesinə 300ml təmizləyici vasitə nisbəti ilə mühərrikin soyutma sisteminə əlavə edin;
- - mühərriki işə salıb işlək temperatura qədər çatdırın;
- - mühərriki aşağı dövrlərdə 10-30 dəqiqə işlədin;
- - bu vasitə soyutma sistemində 3 saata qədər qala bilər. Həmin müddət ərzində avtomobili sürmək də olar;
- - köhnə mayeni sistemdən boşaldın və sistemi su ilə yuyun;
- - sistemə yeni soyuducu maye (antifriz) əlavə edin.
Müsbət temperaturlarda saxlamaq lazımdır!