LMShop.az - Əyləc mayesi - Bremsflüssigkeit DOT 4

Əyləc mayesi - Bremsflüssigkeit DOT 4

13.00,38.00 AZN

Qlikol efirləri, alkil poliqllikollar və qlikol estet efirləri əsasında hazırlanmış sintetik əyləc mayesi.
Tərkibində əyləc sisteminin metal detallarını korroziyayadan qoruyan və yüksək temperaturda oksidləşmənin qarşısını alan maddələr var. Bu əyləc mayesi yüksək yaş və quru qaynama temperaturuna malikdir, bu da uzun müddət istifadə zamanı müəyyən miqdarda rütubət udulduqdan sonra belə təhlükəsiz əyləcləməni təmin edir. Xüsusi rütubət udan əlavələr buxar qabarcıqlarının yaranmasının qarşısını almağa kömək edir.

Bu maye bütün disk və baraban tipli əyləc sistemləri, həmçinin bu spesifikasiyaya uyğun sintetik əyləc mayesi tələb olunan avtomobil mufta sistemləri üçün xüsusilə uyğundur. Əyləc mayesi həmçinin ABS əyləc sistemlərində istifadə üçün də yararlıdır. Standart istifadə müddətinə malikdir.



Xüsusiyyətləri:

- Çox yüksək temperaturda qaynamaya qarşı davamlılıq
- Əyləc sistemində hava qabarcıqlarının yaranmasının qarşısını alır
- Aşağı temperaturda əla iş stabilliyi 
-
İsti və soyuq havada düzgün axıcılıq və işləmə qabiliyyəti
Əyləc sisteminin rezin və elastik hissələrini qoruyur 
- Əyləc pedalının və sistemin hərəkətli hissələrini qoruyur və səlist işləməsini təmin edir
- Uzun müddət yüksək temperaturda işləmə stabilliyi 
- Başqa keyfiyyətli sintetik əyləc mayeləri ilə qarışdırmaq olar

Bremsflussigkeit DOT 4-dən istifadə geniş temperatur diapazonunda əyləc sistemlərinin funksionallığını qoruyur.

Bütün ənənəvi əyləc mayesi dəyişmə (hava alma) avadanlıqlarında istifadə oluna bilər. Bütün yüksək keyfiyyətli sintetik əyləc mayeləri ilə qarışdırıla və uyğun şəkildə istifadə edilə bilər. Lakin bu əyləc mayesinin optimal istifadə müddəti yalnız təkbaşına istifadə edildikdə təmin olunur. Əyləc mayesinin avtomobil istehsalçısının göstərişlərinə uyğun olaraq dəyişdirilməsi tövsiyə olunur.

Diqqət: Əyləc mayesi avtomobilin boya örtüyünə zərər verir; boya üzərinə tökülmə halında dərhal bol su ilə yuyun. Mineral yağ əsaslı mərkəzi hidravlik sistemlərdə istifadə etməyin. Avtomobil istehsalçısının təlimatlarına əməl edin.



Uyğunluq və tövsiyyələr:
FMVSS 116 DOT 3
FMVSS 116 DOT 4
ISO 4925 Class 3
ISO 4925 Class 4
SAE J 1703
SAE J 1704