LMShop.az - Mumlu şampun Auto-Wasch & Wachs

Mumlu şampun Auto-Wasch & Wachs

28.00 AZN

Tərkibindəki mum və səthi aktiv maddələr sayəsində avtomobilin boya və lak örtüyünü təmizləyir və qoruyur, parıltını artıraraq avtomobilin görünüşünü yaxşılaşdırır. Ləkə və axıntı izləri buraxmır. Sonrakı cilalama prosesini asanlaşdırır və əllərin dərisini qoruyur. Kuzovun səthini ətraf mühitin aqressiv təsirindən müdafiə edir. Müntəzəm istifadə səthin optimal qorunmasını təmin edir.
Bütün boya səthlərinin təmizlənməsi və qorunması üçün uyğundur.



Xüsusiyyətləri:

Süd-ağ rəngli maye, suda tam həll olunur, şaftalı ətirlidir. Şampunun tərkibində mum mövcuddur. İstifadə zamanı avtomobilin kuzovu üzərində nazik qoruyucu qat yaradır – bu qat suyu uzaqlaşdırır, atmosferin zərərli təsirindən qoruyur və səthə parıltı verir.

  • - Avtomobili əla təmizləyir və eyni zamanda qoruyur
  • - Ləkə və izlər saxlamır
  • - Polikarbonat şüşələr üçün təhlükəsizdir
  • - Sonrakı cilalama işini asanlaşdırır

Mumlu avtoşampun lak örtüyünü sudan və atmosferin aqressiv təsirlərindən qoruyur, ona parıltı verir. Əl ilə yuyulma üçün nəzərdə tutulub. Aktiv yuyucu maddələrdən ibarətdir, yağlı çirkləri effektiv şəkildə təmizləyir. Bioloji olaraq parçalanandır.

 

İstifadə qaydası:

  1. Əvvəlcə kobud çirkləri yüksək təzyiqli su ilə və ya su şırnağı ilə təmizləyin
  2. İstifadədən əvvəl yaxşıca çalxalayın.
  3. Sonra Car Wash & Wax şampununu su ilə qarışdırın (10 litr suya 30 ml). Ölçü şkalasında 1 xətt təxminən 30 ml-ə uyğundur.
  4. Süngər ilə çəkin və avtomobilin səthinə bərabər yaymaqla yuyun.
  5. Bundan sonra səthi yaxşıca su ilə yuyun və qurudun (və ya parça ilə silin).

Qeyd: İsti boyaların və digər səthlərin üzərində və birbaşa günəş altında istifadə etməyin!

Video