LMShop.az - Suya davamlı sprey - Gewebe Impragnierung

Suya davamlı sprey - Gewebe Impragnierung

21.00 AZN

Müxtəlif parça və dəri örtüklərin nəm və rütubətdən optimal qorunması üçün vasitə.

Tərkibindəki xüsusi komponentlər sayəsində suyun parçaya hopmasının və ləkələrin yaranmasının qarşısını alır. Kabrioletlərin parça dam örtüyü, ryukzak və əl çantaları, tentlər, çadırlar, idman paltarları, günlüklər, xüsusi iş paltarları və ayaqqabılarını, yun və sintetik örtükləri islanmadan qorumaq üçün istifadə olunur. Həmçinin motosikl sürücülərinin gödəkcələri, şalvar və ayaqqabıları üçün də istifadə oluna bilər. İstifadədən sonra suyu keçirməyən, amma havanı keçirən qat yaratdığından, parçanın elastik qalmasını və nəfəs almasını təmin edir. Həmçinin parçanın üzərində yağ və kir ləkələrinin yaranmasının qarşısını alır. Tərkibində silikon yoxdur.