Salon plastikinə qulluq vasitəsi - Cockpit Pflege Vanille
19 AZN
Avtomobil və motosikllərin müxtəlif plastik detallarına qulluq üçün rahat aerozol qablaşmada vanil ətirli polirol.
Bu vasitə, müxtəlif nəqliyyat vasitələrinin plastik hissələrini təmizləmək, qorumaq və qulluq etmək kimi geniş istifadə sahələrinə malikdir. Daxili və xarici plastik detalları, avtomobil və motosikllərin alət panelləri, qayıqlar və idman inventarının plastik detalları üçün istifadə oluna bilər. Salonun ön panelində plastik detalların bir birinə toxunduğu hissələrdə yaranan xoşagəlməz səslərin aradan qaldırılması, çətin hərəkət edən təhlükəsizlik kəmərlərinin yağlanması və s. məqsədlər üçün də yararlıdır.
Aerozolun təkibindəki aktiv maddələr plastikin səthindəki çirki yumşaldır və səthin tam təmizlənməsinə imkan yaradır. Tərkibindəki qoruyucu komponentlər isə nazik antistatik səth yaratmaqla, təmizlənmiş səthin üzərində toz və çirkin yığılmasının uzun müddət qarşısını alır. Tərkibindəki daha bir komponent (silikon) səthin teksturasını bərpa edir, rəngi solmuş plastikin rənginə yeni detal görüntüsü verir.
Xüsusiyyətləri:
- Plastikin ilkin görüntüsünü, rəngini və parıltısını bərpa edir
- Antistatik təsirə malikdir
- Yenidən çirklənmənin qarşısını alır
- Müxtəlif plastik və tekstil materiallara qarşı neytraldlr
- Köhnəlməyə qarşı yüksək müqavimət
- İstifadə zamanı ləkə saxlamır
- Səthə toxunuşda xoş təəssürat yaradır
- Sadə və rahat istifadə
Cockpit Pfleger Vanille vasitəsindən istifadə, nəqliyyat vasitələrinin salonunda və kuzovunda istifadə olunan plastik və rezin detallara və səthlərə keyfiyyətli qulluq və effektiv qorumanı təmin edir. Detallar daha parlaq və yeni görünür, daha gec çirklənir və daha uzun müddət istismar oluna bilir.
İstifadə qaydası
Aerozolu nazik qatla səthə vurun, azacıq gözlədikdən sonra yumşaq parça ilə səthin üzərini sürtün.
Aerozolu səthə vurduqdan sonra parça ilə sürtməmək də olar. Belə etdikdə vasitə səthin üzərində özü quruyacaq və səth parıltılı qalacaq.
Aerozolu vuran kimi yumşaq parça ilə sürtdükdə səthin üzəri quru, parıltısız yeni plastik görüntülü olacaq.
Diqqət! Açıq alovun yaxınlığında istifadə etmək olmaz. İstifadədən sonra salonun havasını dəyişin.