LMShop.az - Hava sərfiyyatı sensorunun təmizləyicisi - Luftmassensor Reiniger

Hava sərfiyyatı sensorunun təmizləyicisi - Luftmassensor Reiniger

31.00 AZN

Benzin və dezel mühərriklərin hava sərfiyyatı sensorunun (MAF Sensor, ДМРВ, "Воздухомер") təmizlənməsi üçün xüsusi vasitə. Bu vasitədən istifadə əksər hallarda sensorun özünün dəyişdirilməsinin və mühərrikin hava sərfiyyatı haqqında səhv məlumatla əlaqədar olan problemlərin (yanacaq sərfiyyatının artması, mühərrikin gec işə düşməsi və gücünün azalması və s.) qarşısını almağa kömək edir.



Xüsusiyyətləri:

Təmizləyici komponentləri olan izopropanol əsaslı aerozol vasitə. Hava sərfiyyatı sensorunun bütün növ çirklənmələrini (yağ, yanma qalıqları, toz və s.) təmizləyir, tez buxarlanır və bütün növ materiallardan (platin, yarımkeçirici və s.) hazırlanmış sensorlar üçün təhlükəsizdir.

  • - hava sərfiyyatı sensorunu təmizləmək üçün xüsusi tərkibə malikdir
  • - bütün növ sesnsorlarda istifadə oluna bilər
  • - çirki tez və effektiv təmizləyir
  • - istifadədən sonra buxarlanır, ləkə və iz saxlamır

Liqui Moly Luftmassensensor-Reiniger vasitəsindən istifadə bahalı sensorları dəyişmədən, onların səhv işləməsi problemini aradan qaldırır.

İstifadə qaydası: Hava sərfiyyatı sensorunun elektrik kontaktını ayırın və sensoru çıxarın. Sensorun bütün hissələrini, xüsusilə də çirkli yerləri bu vasitəni püskürtməklə bolluca yuyun, çirkin axıb getməsinə əmin olun. Sensorun həssas daxili hissələrinə əllərinizlə toxunmayın. Yerinə quraşdırmadan öncə yuyucu vasitənin tam buxarlanmasını gözləyin. Hər dəfə hava filtrini dəyişdikdə və yaxud sensorun işində nasazlıq yarandıqda istifadə olunması tövsiyyə olunur.
Video: Hava sərfiyyatı sensorunun təmizləyicisi - Luftmassensor Reiniger (№ 8044/4066) - RUS