Silah yağı (sprey) - GunTec Waffenpflege-Spray
26.00 AZN
GunTec Waffenpflege-Spray - Silahlarin və metal hissələrin qorunması və yağlanması üçün yüksək yapışma xüsusiyyətinə malik, orta özlülüklü xüsusi yağ spreyidir. Korroziya və aşınmaya qarşı etibarlı qoruma təmin edir, səthdə bərabər, davamlı və xüsusilə su itələyici yağ təbəqəsi yaradır. Yüksək nüfuzetmə qabiliyyətinə, qatranlaşmaya qarşı güclü qoruyucu xüsusiyyətə və minimal sürtünmə göstəricilərinə malikdir. Çoxfunksiyalı istifadəyə uyğundur, plastik hissələrlə yaxşı uyğunlaşır və taxta səthlərin yağlanması üçün də istifadə oluna bilər.
Silahları, mexanizmləri, alətləri, metal komponentləri, cihazları və bir çox digər hissələri aşınma, pas və korroziyadan qoruyur, yağlayır və uzunmüddətli mühafizə təmin edir.
Xüsusiyyətləri:
Silahın və müxtəlif mexanizmlərin hissələrinin keyfiyyətli yağlanmasını və qorunmasını təmin edir.
- Çətin çatılan hissələrə yüksək nüfuzetmə qabiliyyəti
- Silahın detallı və keyfiyyətli təmizlənməsi
- Korroziyadan və oksidləşmədən effektiv qoruma
- Nəmişliyin effektiv şəkildə uzaqlaşdırılması
- İstifadə zamanı hissələrin aşınmasının azalması
- Müxtəlif materiallara qarşı neytral təsir
- Istifadədə rahatlıq və praktiklik
Tətbiqi:
İstifadədən əvvəl balonu yaxşıca çalxalayın. Yağlama aparılmadan öncə hissələri diqqətlə təmizləyin.Hissələr quruduqdan sonra yağlama nöqtələrinə az miqdarda tətbiq edin, bir qədər gözləyin və artıq qalan yağı silin. Atəş açmadan əvvəl lülə və patron yuvasındakı yağı tam təmizləyin.