Silah yağı - GunTec Wаffеnрflеgе-Оil
10.00 AZN
Silahlar üçün universal qulluq yağı
Hər növ odlu və soyuq silahlar üçün təmizləyici və qoruyucu vasitəUniversallığı ilə seçilən bu yağ, soyuq və odlu silahların bütün növləri üçün müntəzəm qulluq və təmizləmə məqsədilə istifadə olunur.
Rahat istifadəli ölçü pipetkalı flakonda təqdim edilir.
Xüsusiyyətləri:
Xüsusi seçilmiş sürtkü komponentləri və qatqı paketi, ölçü pipetkalı rahat flakonda təqdim olunur.
Bu tərkib silahın və mexanizmlərin hissələrinin keyfiyyətli təmizlənməsini, yağlanmasını və ümumi texniki qulluq prosesini təmin edir.
.
- Çətin çatılan hissə və mexanizmlərə yüksək nüfuzetmə qabiliyyəti
- Silah detallarının keyfiyyətli və dərin təmizlənməsi
- Korroziyadan və oksidləşmədən effektiv qoruma
- Nəmişliyin effektiv şəkildə uzaqlaşdırılması
- stifadə zamanı hissələrin aşınmasının azalması
- Fərqli materiallara qarşı neytral təsir
GunTec Waffenpflege-Oil silah yağından istifadə, silah mexanizmlərinin yüksək keyfiyyətlə işləməsini təmin edir və etibarlılığını maksimum səviyyəyə yüksəldir.
İstifadə qaydası:
Təmizlənəcək və yağlanacaq hissələrə yağ tətbiq edin, bir qədər təsir göstərməsi üçün gözləyin, sonra təmiz parça ilə silin və nazik yağ təbəqəsinin qalmasına diqqət yetirin.
Zərbəçi, təhlükəsizlik düyməsi və digər mexaniki hissələri zərurət olduqda əlavə olaraq yağlayın.
Silahla işləyərkən bütün təhlükəsizlik tədbirlərinə ciddi riayət edin.