LMShop.az - Oktan ədədini artırmaq üçün qatqı - Octane Plus

Oktan ədədini artırmaq üçün qatqı - Octane Plus

11.00 AZN

Benzinin keyfiyyətindən asılı olaraq onun oktan ədədini 5 vahidə qədər artırır, yanacağın optimal yanmasını təmin edir, xüsusi katalitik qatqılar sayəsində detonasiyanın qarşısını alır və bununla da mühərrikin gücünü artırır.
Liqui Moly Octane Plus qatqısı bəzi yanacaq doldurma məntəqələrində təqdim olunan aşağı keyfiyyətli benzindən istifadə zamanı yaranan problemləri aradan qaldırmağa kömək edir. Uzaq məsafələrə və ya səyahətə çıxarkən ehtiyat üçün avtomobildə götürmək tövsiyyə olunur.



Xüsusiyyətləri:
  • - benzinin oktan ədədini 5 vahidə qədər artırır
  • - yanacağın keyfiyyətini artırır
  • - yanacaq sərfiyyatını azaldır
  • - detonasiyanın qarşısını alır
  • - yanacaq şamları və katalizatora əks təsiri yoxdur

Liqui Moly Octane Plus qatqısından istifadə, keyfiyyətsiz yanacaqdan istifadə zamanı mühərrikdə və yanacaq sistemində yarana biləcək problemlərin qarşısını almağa kömək edir.

İstifadə qaydası: Bir flakonda 150 ml qatqı var və bir flakon 50 litr yanacaq üçün kifayət edir. Flakondakı qatqını sadəcə yanacaq çəninə əlavə edin.