LMShop.az - Klapan təmizləyicisi - Ventil Sauber

Klapan təmizləyicisi - Ventil Sauber

22.00 AZN

Mühərrikin giriş-çıxış klapanlarının təmizlənməsi üçün vasitə. Liqui Moly Ventil Sauber qatqısı klapanların üzərindəki, həmçinin injektor, karbürator, giriş kollektoru və yanma kamerasındakı çöküntüləri və yanma qalıqlarını da maksimal effektiv təmizləyir. Bu da öz növbəsində mühərrikin normal işləməsini təmin edir: mühərrik daha rahat işə düşür, aşağı dövrlərdə stabil işləyir, yanacağa qənaət olunur, mühərrikin gücü artır. Xüsusi tərkibi sayəsində yanacaq sistemini korroziyadan qoruyur və havaya atılan zərərli maddələrin miqdarını azaldır. Bu qatqı bütün növ benzin mühərrikləri və bütün növ benzin yanacaqlarına əlavə etmək üçün nəzərdə tutulub. Həm profilaktik məqsədlə, həm də yaranmış problemlərin aradan qaldırılması üçün istifadə oluna bilər.



Xüsusiyyətləri:

Tərkibindəki xüsusi maddələr yanma qalıqlarının qatı kütlə halında toplanmasına səbəb olan qətranı həll edir. Nəticədə yanma qalıqları və çöküntülər çöx kiçik hissələrə parçalanaraq qatqının tərkibindəki daha bir maddənin, yanma katalizatorlarının sayəsində tam yanaraq sistemdən xaric olunur.

  • - Klapanlarda və yanma kameralarında toplanan yanma qalıqları və çöküntüləri təmizləyir
  • - Mühərrikin stabil işləməsini təmin edir, gücünü artırır
  • - Yanacaq sistemindəki qətranı həll edərək təmizləyir
  • - Yanacaq sisteminin bütün hissələrini korroziyadan qoruyur
  • - Kompressiyanı yaxşılaşdırır
  • - Yanacağa qənaət edir və ətraf mühiti çirkləndirmir
  • - Turbinli və katalizatorlu benzin mühərriklərdə də istifadə oluna bilər

Liqui Moly Ventil Sauber vasitəsindən istifadə klapanların maksimal effektiv təmizlənməsini təmin edir. Nəticədə mühərrik daha etibarlı və stabil iş rejimində çalışır və hətta aşağı keyfiyyətli yanacaqdan istifadə etdikdə belə bu vasitədə mühərrikin gücünün artmasına səbəb olur.

İstifadə qaydası: 250 ml həcmində olan bir flakon qatqı 75 litr benzin yanacağı üçün nəzərdə tutulub. Yanacaq çəninə əlavə olunur, qısa müddətdə yanacaqla tam qarışır.

Məhsul haqqında video (ENG)
Məhsul haqqında video (RUS)