Dizel qatqısı - Diesel Additive
20.00 AZN
Liqui Moly Diesel Additive qatqısı müasir mühərrik texnologiyaları, yanacaq tərkibləri və gündəlik sürüş şəraitlərinə uyğun işlənib hazırlanmış xüsusi tərkibə malik dizel qatqısıdır. Tərkibindəki təmizləyici, disperqasiya edici, qoruyucu və setan ədədini artırmaq kimi kompleks xüsusiyyətlərə malik maddələr sayəsində yanacaq sistemini effektiv təmizləyir və korroziyadan qoruyur, yanacağın yanmasını yaxşılaşdırır, bununlada mühərrikin gücünü artırır və yanacaq sərfiyyatını effektiv şəkildə aşağı salır. Minik və yük avtomobilləri, ağır yük texnikası, traktor və xüsusi stasionar aqreqatların dizel mühərriklərində istifadə üçün nəzərdə tutulub. Uzun müddət istismar olunmayan, konservasiyaya qoyulmuş dizel mühərrikləri və aqreqatların yanacaq sistemini qorumaq üçün də əla vasitədir.
Xüsusiyyətləri:
Dizel yanacaq sistemlərinin təmizlənməsi və qorunması üçün multifunksional qatqı. Forsunka ucluqlarının təmizlənməsi nəticəsində yanacaq püskürtməsi daha xırda zərrəçiklər şəklində baş verir, nəticədə daha effektiv və tam yanma baş verir. Turbinli və birbaşa püskürtmə sistemli müasir dizel mühərriklərində də istifadə oluna bilər. (Common Rail və nasos-forsunkalı sistemlər)
- - Dizel forsunkalarını təmizləyir
- - Yanacaq sisteminin bütün aqreqatlarını su və korroziyanın neqativ təsirlərindən qoruyur
- - Mühərrikin gücünü bərpa edir
- - Dizel nasosu və forsunkaları yağlayır.
- - Yanacaq sərfiyyatını aşağı salır
- - Zərərli tullantıların miqdarını azaldır
- - Mühərrik yağının vaxtından əvvəl köhnəlməsinin qarşısını almaqla yağdəyişmə intervallarını uzatmağa imkan verir
- - Mühərrikin daha səlist və səssiz işləməsini təmin edir
- - Yanacaq çənindəki dizelin keyfiyyətinin aşağı düşməsi səbəbindən çirkli çöküntülərin çəndə və yanacaq filtrində toplanmasının qarşısını alır
İstifadə qaydası:
300 ml həcmində olan Liqui Moly Diesel Additive qatqısı dolu yanacaq çəninə (60L) əlavə etmək üçün nəzərdə tutulub. Yanacaqla daha yaxşı qarışmasını təmin etmək üşün qatqını yanacaqdan əvvəl çənə boşalmaq lazımdır. Hər 2-3 tam çən yanacaq doldurmadan bir istifadəsi tövsiyyə olunur. Digər dizel aqreqatlarında istifadə etdikdə, yanacağın 0.2% -0.3% - i nisbətində əlavə olunmalıdır.