Top Tec 4210 0W-30
47.00,212.00 AZN
Sintez texnologiyası əsasında hazırlanmış əla antifriksiyon xüsusiyyətlərə malik yüksək texnoloji mühərrik yağı. Bütün istismar şəraitlərində maksimum effektivliyi, aşağı yanacaq sərfiyyatını və optimal yağlanmanı təmin edir. Mühərrikin hərəkətli hissələri arasında sürtünməni azaldır və aşınmanı minimuma endirir. Tərkibində kül yaradan məhsulların miqdarının az olması səbəbindən bu yağdan istifadə qurum filtrini (DPF) qoruyur və onun maksimum istismar müddətini təmin edir.
Benzin və dizel mühərriklərdə istifadə oluna bilər. Xüsusuilə Audi, Porsche və Volkswagen konserninin avtomobillərinin müvafiq spesifikasiya və özlülük tələblərinə uyğun hazırlanmış bu yağ bütün dünya üzrə müxtəlif modellərdə tələb olunan, 2020/2021-ci illər üçün hazırlanmış mühərrik yağı strategiyasının şərtlərinə cavab verir.
Xüsusiyyətləri:
- - sürtünmə və aşınmanı azaldır
- - yüksək yanacağa qənaət göstəricilərinə malikdir
- - bütün istismar şəraitlərində optimal yağlanmanı təmin edir
- - yüksək təzyiqdə əla göstəricilər və aşınmadan qoruma
- - yağ sisteminin təmizliyini təmin edir
- - zərərli tullantıların miqdarını azaldır
- - aşağı temperaturlarda sürətli yağlama
- - mühərrikin resursunu artırır
- - katalizatorlu, turbinli və qurum filtrli (DPF) mühərriklərdə də istifadə oluna bilər
Uyğunluq və tövsiyyələr:
ACEA C3
API SN
BMW Longlife-04
MB-Approval 229.51
MB-Approval 229.52
Porsche C30
VW 504 00
VW 507 00
Yağ tipi: Sintetik
Özlülük: 0W-30
Motor tipi: 4 taktlı