LMShop.az - Pro-Line Diesel System Cleaner

Pro-Line Diesel System Cleaner

67.00 AZN

Dizel mühərriklərin yanacaq sistemində yaranan problemli çirk və çöküntülərin təmizlənməsi üçün çox effektiv və səmərəli vasitə. Korroziyadan qorunmanı təmin edir və yanacağın alışma performansını artırır.



Xüsusiyyətləri:

Zərərli tullantıların və yanma prosesindən yaranan tüstünün miqdarını azaldır. Beynəlxalq emissiya testi avadanlıqlarında uğurla sınaqdan keçirilmişdir. İnjektor ucluqlarını, bütün yanacaq sistemini və yanma kamerasını bütün növ çöküntülərdən təmizləyir. İnjektor iynələrinin kirəcləşməsi və tutulmasının qarşısını alır. Yanma prosesini optimallaşdırır və mühərrikin ilkin performansını bərpa edir.

- yanacaq sisteminin bütün hissələrini çöküntülərdən təmizləyir
- optimal yanmanı təmin edir
- yanacağa qənaət edir və zərərli tullantıların miqdarını azaldır
- problemleri sürətli və sadə yolla həll etməyə imkan verir
- tullantı qazlarının tüstüsünü azaldır
- yanacaq sistemi aqreqatlarında aşınmanı azaldır
- yanacaq sistemini korroziyadan qoruyur
- mühərrikin optimal performansını təmin edir
- alışmanı yaxşılaşdırır
- istismarın etibarlılığını təmin edir
- dizel mühərrikin səsini azaldır


Dizel Qurum Filtri (DPF) ilə təchiz olunmuş və olunmamış bütün sadə və turbinli dizel mühərriklər üçün uyğundur.

İstifadə qaydası:
Birbaşa yanacaq çəninə əlavə olunur. Yanacaq sistemində yaranan problemlərin həlli və sistemdə aparılmış təmir işlərindən sonra istifadəsi tövsiyyə olunur. Bir flakon qatqı maksimum 70 litr yanacaq üçün nəzərdə tutulub.