LMShop.az - DEF (AdBlue) kristallaşmasına qarşı qatqı - DEF Anti Crystal Additive Concen­trate

DEF (AdBlue) kristallaşmasına qarşı qatqı - DEF Anti Crystal Additive Concen­trate

52.00 AZN

Dizel mühərriklərinin SCR (Selektiv Katalitik Reduksiya) sistemində yarana bilən nasazlıqların qarşısını almaq üçün qatqı kombinasiyası. AdBlue® çəni və AdBlue® inyeksiya sistemində çöküntünün və kristallaşmanın əmələ gəlməsinin qarşısını alır. Səthi gərginliyi azaltmaqla karbamid məhlulunun son dərəcə kiçik atomizasiyasını və düzgün püskürdülməsini təmin edir. AdBlue®-nun sistemə geri axınını optimallaşdırır və bununla da AdBlue® kristallaşması riskini minimuma endirir. 32,5% karbamid məhlulu (AdBlue®, DEF*) ilə işləyən bütün SCR sistemləri üçün istifadə oluna bilər. AdBlue® çəninə əlavə edərkən, AdBlue® doldurma prosesindən sonra əlavə olunmalıdır.

* - Diesel Exhaust Fluid (Dizel işlənmiş qazlarının xaric olma sistemi mayesi)



Xüsusiyyətləri:

- AdBlue® sistemində çöküntünün əmələ gəlməsinin qarşısını alır.
- AdBlue® sistemində kristallaşmanın əmələ gəlməsinin qarşısını alır.




İstifadə qaydası:

AdBlue məhluluna 0,25% nisbəti ilə əlavə edin (1:400). 10 litr AdBlue üçün 25 ml qatqı əlavə etmək kifayətdir. Bir flakondakı 250 ml qatqı 100 litr AdBlue üçün istifadə olunacaq. Uzunmüddətli istifadə üçün nəzərdə tutulur. Yanacağa əlavə etməyin! AdBlue çəninə əlavə edərkən, AdBlue doldurma prosesindən sonra əlavə olunmalıdır. Donmaya qarşı həssasdır. Dibindəki çöküntüləri qarışdırmaq üçün otaq temperaturunda çalxalayın!