LIQUI MOLY-dən İyul Kampaniyası - Dizel mühərriklər üçün superkompleks Speed Diesel Zusatz 25% endirimlə!

Dizel mühərriklər üçün superkompleks - Speed Diesel Zusatz qatqısını iyul ayı ərzində xüsusi qiymətlə əldə edə bilərsiniz! 

Speed Diesel Zusatz 1L  – 53.00 AZN deyil, bu ay 39,75 AZN


Dizel yanacaq sisteminin təmizlənməsi, yanacağın setan ədədinin artırılması, sistemin korroziyadan qorunması və mühərrikin gücünün artırılması üçün kompleks vasitə. Dizelin setan ədədini artırmaqla hətta aşağı keyfiyyətli yanacaqdan istifadə etdikdə belə yanacağın effektiv yanmasını təmin edir, bununla da mühərrikin gücünü artırır və yanacaq sərfiyyatının azalmasına kömək edir. Hər yanacaq doldurmada istifadəsi tövsiyyə olunur.

Xüsusiyyətləri:

  • - Dizel sistemini təmizləyir, sistemdə və yanma kamerasında çöküntülərin və korroziyanın yaranmasının qarşısını alır
  • - Yanacağın tam yanmasını və nəticədə aşağı yanacaq sərfiyyatını təmin edir
  • - Forsunka iynələrinin yanması və tutulmasının qarşısını alır
  • - Setan ədədini 6 vahidə qədər artırmaqla mühərrikin gücünü artırır
  • - Dizel nasosunu, forsunkaları, yanma kamerasını və çıxış klapanlarını qoruyur
  • - Aşağı temperaturlarda mühərrikin rahat işə düşməsinə kömək edir
  • - Bütün növ dizel sistemlərində daimi istifadə oluna bilər
  • - Turbinli və katalizatorlu mühərrikərdə də istifadə oluna bilər
     

İstifadə qaydası: Hər 10 litr dizel yanacağına 1 qapaq (25 ml) hesabı ilə yanacaq çəninə əlavə olunur. Beləliklə, flakondakı 1 litr vasitə 400 litr dizel yanacağı üçün bəs edir. Minik və yük avtomobilləri, traktor, ağır teknika və stasionar avadanlıqlardakı bütün növ dizel mühərriklərində istifadə oluna bilər. Mühərriklərin uzunmüddətli konservasiyası üçün də effektiv vasitədir.