LIQUI MOLY-dən iyul kampaniyası - Benzin mühərriklər üçün superkompleks - Speed Zusatz!

01.07.2023

İyul ayı ərzində Liqui Moly  "Speed Benzin Zusatz" qatqısını 15% endirimlə əldə edə bilərsiniz!

Liqui Moly Speed Benzin Zusatz - 53 AZN deyil, 45,05 AZN 

Benzinin keyfiyyətini artıran və qoruyucu komponentlərə malik kompleks qatqı. Tərkibindəki yanma katalizatorları benzinin tam yanmasını təmin edir, bununla da mühərrikin gücünü artırır və yanacaq sərfiyyatının azalmasına kömək edir. Yanacaq sistemini lazımi dərəcədə yağlayır, onun bütün hissələrində çöküntü və çirkin əmələ gəlməsinin qarşısını alır. Hər 10 litr yanacağa 1 qapaq (25 ml) hesabı ilə yanacaq çəninə əlavə olunur. Beləliklə, flakondakı 1 litr vasitə 400 litr yanacaq üçün bəs edir.

 

Dünyanın  nəhəng avtokonsernlərinin etibarlı partnyoru və ən innovativ istehsalçılardan biri kimi tanınan Liqui Moly rəsmi olaraq 2011-ci ildən bəri ardıcıl 12 ildirki Almaniyanın 1 nömrəli mühərrik yağı brendidir. Bütün Liqui Moly məhsulları yalnız Almaniyada istehsal olunur.