LIQUI MOLY-dən noyabr kampaniyası - Benzin və dizel mühərriklər üçün superkompleks - Speed Zusatz!

Noyabr ayı ərzində Liqui Moly "Speed Diesel Zusatz"  və "Speed Benzin Zusatz" qatqılarını 25% endirimlə əldə edə bilərsiniz!

Liqui Moly Speed Diesel Zusatz - 53 AZN deyil, 39.75 AZN 

Dizel yanacaq sisteminin təmizlənməsi, yanacağın setan ədədinin artırılması, sistemin korroziyadan qorunması və mühərrikin gücünün artırılması üçün kompleks vasitə. Dizelin setan ədədini artırmaqla hətta aşağı keyfiyyətli yanacaqdan istifadə etdikdə belə yanacağın effektiv yanmasını təmin edir, bununla da mühərrikin gücünü artırır və yanacaq sərfiyyatının azalmasına kömək edir. Hər yanacaq doldurmada istifadəsi tövsiyyə olunur. Hər 10 litr yanacağa 1 qapaq (25 ml) hesabı ilə yanacaq çəninə əlavə olunur. Beləliklə, flakondakı 1 litr vasitə 400 litr yanacaq üçün bəs edir.

 

Liqui Moly Speed Benzin Zusatz - 53 AZN deyil, 39.75 AZN 

Benzinin keyfiyyətini artıran və qoruyucu komponentlərə malik kompleks qatqı. Tərkibindəki yanma katalizatorları benzinin tam yanmasını təmin edir, bununla da mühərrikin gücünü artırır və yanacaq sərfiyyatının azalmasına kömək edir. Yanacaq sistemini lazımi dərəcədə yağlayır, onun bütün hissələrində çöküntü və çirkin əmələ gəlməsinin qarşısını alır. Hər 10 litr yanacağa 1 qapaq (25 ml) hesabı ilə yanacaq çəninə əlavə olunur. Beləliklə, flakondakı 1 litr vasitə 400 litr yanacaq üçün bəs edir.

 

Dünyanın  nəhəng avtokonsernlərinin etibarlı partnyoru və ən innovativ istehsalçılardan biri kimi tanınan Liqui Moly rəsmi olaraq 2011-ci ildən bəri ardıcıl 12 ildirki Almaniyanın 1 nömrəli mühərrik yağı brendidir. Bütün Liqui Moly məhsulları yalnız Almaniyada istehsal olunur.